SOCAR -dan borcları haqqında Açıqlama

“İlk növbədə demək lazımdır ki, hər hansı bir şirkəti borclarının çoxluğunda qınamaq, yumşaq desək, əsaslı deyil. Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə hamılıqla qəbul olunmuş göstəricilər mövcuddur. Həmin göstəricilərə əsasən, SOCAR bu gün Azərbaycanın, eləcə də regionun ən böyük şirkətlərindən biridir”x9d.

Bunu Trend-in SOCAR-ın borcları ilə əlaqədar sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, 1994-cü ildə “Əsrin müqaviləsi”x9d imzalandıqdan sonra Azərbaycan ərazisində yerləşən karbohidrogen yataqlarının işlənilməsinə dair xarici şirkətlərlə onlarla müqavilə bağlanıb və Hasilatın Pay Bölgüsü sazişlərinin hər birində SOCAR iştirak edir: “Digər bir tərəfdən, artıq 10 ilə yaxındır ki, SOCAR xarici ölkələrdə irimiqyaslı, qlobal və regional əhəmiyyətli layihələr həyata keçirir. Bu isə şirkətimizin beynəlxalq maliyyə bazarının müxtəlif məhsullarından istifadə etməsini şərtləndirən amillərdən biridir. Bu, beynəlxalq praktikada məqbul hesab edilən və hasilat şirkətlərinin, demək olar, hamısı tərəfindən istifadə olunan bir təcrübədir. Qeyd etmək lazımdır ki, SOCAR-ın indiyə qədər bu məqsədlərlə götürdüyü kreditlərin böyük hissəsi qaytarılıb və bu yolla həyata keçirilən layihələri həm şirkətə, həm də Azərbaycan dövlətinə böyük mənfəət qazandırıb”x9d.

N.Quliyev bildirib ki, SOCAR bu gün həm ölkə daxilində, həm də xaricdə əhəmiyyətli həcmdə aktivlərə malikdir: “Hazırda 5 xarici ölkədə (Türkiyə, Gürcüstan, İsveçrə, Rumıniya, Ukrayna) şirkətimizin biznes strukturları mövcuddur. Həmin qurumların aktivləri də, öhdəlikləri də Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tələblərinə uyğun olaraq ana şirkət olan SOCAR-ın maliyyə hesabatlarına konsolidə edilir. Amma bunlar da kifayət qədər gəlirli sahələrdir və Şirkətin mənfəətinin artımında mühüm mənbələrdəndir.

Şirkətin konsolidə edilmiş ümumi borcu siyahısında qisamüddətli borcların artmasına gəlincə, bunun əsas səbəbi SOCAR-ın neft və neft məhsullarının treydinqi ilə məşğul olan seqmentinin beynəlxalq ticarət bazarında fəaliyyətinin davam etdirilməsi üçün qısamüddətli kredit xəttləri üzrə kreditlərdən istifadə olunmasıdır. Aydın olsun deyə, açıqlamaq istəyirəm. Treydinq şirkətləri bir neçə günlük alqı-saqtı əməliyyatları həyata keçirmək üçün hesabat dövrünə, misal üçün, 1 yanvar 2015-ci il tarixə məhsul alıb, həmin məhsulu çox qısa müddətdən (1-2 gündən, yaxud 1 aydan) sonra realizə edir. Məhsul alışı zamanı hesabat dövrünə düşdüyündən kredit xətlərindən istifadə ümumi borcun artmasına səbəb olur.

Digər bir səbəb də budur ki, SOCAR-ın ötən illərdəki ümumi borc məbləği ilə bərabər, əhəmiyyətli layihələrin icra ediləcəyi barədə öhdəlikləri mövcud olub. Bu öhdəliklər həmin dövrlərdə maliyyə rəqəmlərinə çevrilmədiyindən onlar SOCAR-ın ümumi öhdəliklərində qeyd olunmamalı idi. Lakin vaxt keçdikcə SOCAR həmin layihələri hissə-hissə həyata keçirdikcə layihə maliyyələşməsi, eləcə də digər maliyyələşmə strukturları əsasında həmin öhdəliklər azalır və maliyyə rəqəmlərinə çevrilməklə ümumi konsolidə edilmiş borcu artırır. Məsələn, Türkiyədə STAR Neft Emalı Zavodunun tikintisi ilə bağlı tələb olunan səhmdar kapitalının SOCAR-a məxsus 60% payının maliyyələşdirilməsi üçün SOCAR 1 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Bu məbləğin bir hissəsi SOCAR-ın daxili imkanları, digər hissəsi isə beynəlxalq bazardakı borcların hesabına həyata keçirilib”x9d.

Onun sözlərinə görə, SOCAR-ın ümumi borclarının səviyyəsinə, eləcə də digər maliyyə göstəricilərinə nəzarət edilməsi, həmin göstəricilərin beynəlxalq səviyyədə qəbul edilmiş səviyyəni ötməməsinə nəzarət ediməsi üçün SOCAR-da Maliyyə strategiyası komissiyası fəaliyyət göstərir: “Bununla yanaşı, SOCAR-ın səhmlərinin tam şəkildə Azərbaycan dövlətinə məxsus olduğunu, konsolidə edilmiş gəlirlər və xərclər smetasının müvafiq dövlət qurumları tərəfindən təsdiq edildiyini, kreditlərimizin böyük hissəsinin Azərbaycan dövlətinin zəmanəti ilə götürüldüyünü nəzərə alaraq, SOCAR Azərbaycan Respublikası Nazirlər Kabinetinin 143 saylı 28 avqust 2010-cu il tarixli Sərəncamına uyğun olaraq hər bir yeni borclanmasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırır.

Daha bir məsələni deməliyəm. SOCAR-ın müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə kreditlər cəlb etməsi beynəlxalq maliyyə bazarında ona göstərilən yüksək etimadın təzahürüdür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən illərdə SOCAR-ın buraxdığı qiymətli kağızların qiyməti onların hazırkı qiymətləri ilə müqayisədə təxminən 20% ucuz olub. SOCAR-ın qiymətli kağızlarının qiyməti artıb. Bu da deməyə əsas verir ki, SOCAR öz maliyyə strategiyasını düzgün qurub, beynəlxalq maliyyə bazarının və beynəlxalq maliyyə institutlarının müxtəlif məhsullarından əlverişli şərtlərlə və uyğun zamanda səmərəli istifadə edib”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

End of content

No more pages to load

RADİO