Dünya Bankı Qarabağla bağlı PRİORİTETLƏRİNİ açıqladı 

"Dünya Bankı Azərbaycanla əməkdaşlığa dair yeni tərəfdaşlıq çərçivə sənədi hazırlayır və yaxın vaxtlarda onunla bağlı Azərbaycan hökuməti ilə müzakirələrə başlayacaq". 

Bizim.Media xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib. 

"Bu strategiyanı biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsaslanaraq quracağıq”, - S.Maykl deyib. 

Onun sözlərinə görə, bu, Dünya Bankının Azərbaycanla əməkdaşlıq üçün nəzərdə tutulan beşillik planıdır:

"Növbəti bir neçə ayda biz hökumətin yeni strategiyada həm investisiya, həm də bilik mübadiləsi və potensialın yaradılması baxımından hansı prioritetlərə diqqət yetirmək istəyini müəyyənləşdirəcəyik. İstər insan kapitalının inkişafı, özəl sektorun dəstəklənməsi, istərsə də Qarabağda bərpa və yenidənqurma, o cümlədən təmiz enerji baxımından ölkədə o qədər müxtəlif prioritetlər var. Beləliklə, müxtəlif tərəfdaşlarla görüşməliyik ki, onlar bizdən hansı sahələrə fokuslanmağımızı istədiyini bilək". 

S.Maykl Dünya Bankının Azərbaycanın azad edilmiş ərazilərinə dəstəyi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib:  

“Hazırda bəzi araşdırmalar mövcüddur, lakin bu istiqamətdə nəsə demək çox tezdir, çünki ərazilər minalardan təmizlənməlidir. Azərbaycan hökuməti Qarabağda yenidənqurma və bərpa işlərinə dəstək verməyimizi istəyirlər və biz buna hazırıq. Hesab edirik ki, bu əraziləri milli sistemlərə inteqrasiyası üçün böyük imkanlar mövcuddur, həmçinin regional ticarətin və əlaqələrin inkişafı üçün böyük imkanlar var. Beləliklə, biz hökumətlə bu istiqamətdə işləməkdən çox şad olarıq”. 

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Report-a yeni layihələrdən danışarkən bildirib:

“Bizim çoxlu layihələrimiz var, amma biz hökumətin hansı layihə üzərində işləməyimiz ilə bağlı qərarını gözləyirik. Bizim keçmişdə Azərbaycanda su layihələri ilə bağlı çoxlu layihələrimiz olub və indi yeni əməkdaşlıq çərçivəsində hökumətin priorittelərini dinləmək prosesindəyik. Ola bilsin ki, su layihələri də yeni strategiyaya daxil edilsin, lakin bununla baglı müzakirələr hələ aparılmayıb”. 

O əlavə edib ki, Dünya Bankı məşğulluğa və peşə hazırlığa, ikinci dərəcəli yol şəbəkələrn qurulmasına dəstək göstərir:  

“Həmçinin, məhdud imkanlara malik insanların cəlb etməklə səhiyyə sisteminin rəqəmsallaşmasından yol hərəkətinin təhlükəsizliyinin dəstəklənməsinə, “Yaşıl enerji”dən “Ağıllı kənd”lərə qədər çoxlu işlər görürük. Biz həqiqətən çox məsələlər üzərində işləyirik və bunları bu il və gələcək bir neçə il ərzində davam etdirəcəyik”. 

Xatırladaq ki, Dünya Bankı bir müddət öncə Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanması məqsədilə ölkə iqtisadiyyatının sistemli diaqnostikasına başlayıb.

Hazırda bankın Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir.  

CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb.

Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir. 
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə 4 milyard ABŞ dollarından çox kredit ayırıb. Dünya Bankı 2023-cü ilin iyulun 1-dək Azərbaycana ayıracağı kreditlərə güzəştli faiz dərəcəsi tətbiq edə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

End of content

No more pages to load

RADİO