SOCAR: TAP vasitəsi ilə Avropaya ilk qaz çatdırıldı

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıldı.

Bizim.Media bildirir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

TAP kommersiya əməliyyatlarına başlayır



Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail oldu.

Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra, bu gün kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırıldı.

Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev TAP üzərindən ilk qazın nəqli ilə bağlı deyib

''Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk''.

Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq.

Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır.

Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq

TAP-ın idarəedici direktoru Luka Şieppati tarixi hadisəyə belə şərh vermişdir: “Bu gün layihəmiz üçün, eləcə də kəmərin keçdiyi ölkələr və Avropanın enerji landşaftı üçün tarixi bir gündür. TAP qitənin qaz şəbəkəsinin ayrılmaz parçasıdır və enerji tranzitinin yol xəritəsinə töhfədir. Biz Çənub-Şərqi Avropaya və digər ölkələrə etibarlı, birbaşa və əlverişli nəql marşrutu təklif edirik.”

Qeyd edək ki, TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün bazar araşdırmasının ikinci mərhələsi 2021-ci ilin yay aylarında başlanacaq.

Trans Adriatik Boru Kəməri (TAP) haqqında TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans 2 Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər.

Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33%-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20%), bp (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Rusiyada kişi həyat yoldaşını siren səslərindən qorumaq üçün qeyri-adi üsula əl atdı – VİDEO

Rusiyada kişi həyat yoldaşını siren səslərindən qorumaq üçün qeyri-adi üsula əl atdı – VİDEO

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

İkardi rəsmən boşandı

İkardi rəsmən boşandı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Yasamalda mənzil almaq istəyənlərə yeni təklif: illik 8%-dən başlayan kredit – ƏTRAFLI

Yasamalda mənzil almaq istəyənlərə yeni təklif: illik 8%-dən başlayan kredit – ƏTRAFLI

End of content

No more pages to load

RADİO