Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə edilən dərman reaksiyası ilə bağlı hadisə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunan dərman vasitəsindən müvafiq nümunələr götürülüb.
Bu barədə TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, uşaqlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və hər biri diaqnozuna uyğun müalicə alır.
Uşaqlardan dördünün vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən onlar ambulator müalicə üçün evə buraxılıblar.
Sözügedən uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbindən xəstəxanada müalicə alıblar.
Bizim.Media