Azərbaycanın bu sahələrinə xarici sərmayə Avropadan gələcək – YENİ STRATEGİYA

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İttifaqı və AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) ilə birgə Azərbaycana birbaşa xarici sərmayələri təşfiq etmək üçün səylərini birləşdirirlər.

Bizim.Media EBRD-yə istinadən xəbər verir ki, Azərbaycanın qeyri-neft sektoruna sərmayəçiləri cəlb etmək, həmin sektorun Avropa istehsalat və satış zəncirlərinə inteqrasiyasını artırmaq ölkə iqtisadi potensialının daha dolğun üzə çıxartmağın mühüm vasitəsidir:

“AZPROMO tərəfindən hazırlanmış beşillik milli ixracat strategiyası 2026-cı ilədək ölkənin qeyri-neft ixracatını ikiqat artırmağa yönəlib”.

EBRD ilə AZPROMO Avropa İttifaqının maliyyə dəstəyilə kənd təsərrüfatı və balıqçılıq kimi sahələrdə 5 öncül layihə üçün təkliflər zərfi və sərmayə yönəltmə strategiyası hazırlayır. Sonrakı mərhələdə isə sərmayəçilər tapmaq üçün addımlar atılacaq və bu zaman Avropaya üstünlük veriləcək.

Bu təşəbbüs çərçivəsində sahəvi bazarların və sərmayədarların təhlili, AZPROMO əməkdaşlarına təqdimatların keçirməyi öyrətmək, sərmayə cəlb etmək üçün Avropanın əsas bazarlarında “road show” təşkil etmək nəzərdə tutulur.
“Bu, Aİ ilə EBRD sərmayə mühitinə dair tədbirlər planı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində sərmayələrin təşviqi üçün qurumların potensialını artırmaq istiqamətində daha əhatəli səylər çərçivəsində EBRD ilə AZPROMO arasında ilk texniki əməkdaşlıqdır. Həmin plan Şərq Əməkdaşlığının bərpa, dayanıqlılıq, islahatlar siyasətini və əlavə olaraq Avropa İttifaqının Azərbaycana sərmayə cəlb etməklə planını dəstəkləyəcək”, – deyə EBRD-inin açıqlamasında qeyd olunur.

Qeyd edək ki, Azərbaycanda başlıca korporativ sərmayədar olan EBRD indiyədək ölkə iqtisadiyyatının müxtəlif sahələrində 180-dən artıq layihəyə 3,4 milyard avroya yaxın vəsait yatırıb.

Bankın Azərbaycandakı strategiyası iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft özəl sektorunun inkişafına dəstək verməkdir.

Azərbaycanda ən çox qrant ayıran qurum olan Avropa İttifaqı da kənd təsərrüfatı idarəçiliyinindəki islahatları, həmin sektorda sanitar və fitosanitar tədbirləri, ənənəvi kənd bitkilərinin bazara çıxarılmasını dəstəkləyir.

2021-ci ilin 2 iyul tarixində Avropa Komisiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti ali nümayəndəsi şərq tərəfdaşlarla qarşıdakı ilərdə əməkdaşlığın başlıca istiqamətlərinə dair təkliflərini açıqlayıblar.
Əsas diqqət dayanıqlılığa söykənən 5 uzunmüddətli hədəfə yönəldilir. Həmçinin qrantları və müvafiq zəmanətləri ehtiva edən 2,3 milyard avro həcmində iqtisadi və sərmayə planı ortaya qoyulur. Bu plan həmçinin 17 milyard avro həcmində dövlət və özəıl sərmayə cəlb etmək ehtimalını da nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

End of content

No more pages to load

RADİO