Tarif Şurasının gecələr yığılmağına son qoyulacaq? - “Qiymətləri Milli Məclis təyin etməlidir”

“Fikrimcə, Tarif Şurası indiki formatda ləğv edilməlidir. Tarif Şurası Nazirlər Kabinetinin (NK) yanında dövlət tərəfindən tənzimlənən qiymətlərlə bağlı məsləhətverici orqana çevrilib, NK-yə təkliflərlə çıxış etməli, həmin təkliflər isə Milli Məclisə təqdim edilməlidir”. 

Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya müsahibəsində səsləndirib.

Belə ki, Prezidentin 5 aprel tarixli fərmanı ilə Tarif Şurasının icra hakimiyyəti orqanı statusu dəyişdirilərək, kollegial orqana çevrilməsinin mümkün nəticələrini şərh edən ekspert tariflərin hakimiyyətin qanunverici qolu tərəfindən müəyyən olunmasının vacibliyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

1 il əvvəl 2 dəfə bahalaşan suyun qiyməti yenidən QALXIR? – Ekspert ÇIXIŞ YOLU göstərdi


“Ümumilikdə, tariflər Milli Məclis tərəfindən təyin edilməlidir. Ölkə qanunvericiliyinə görə də belə olmalıdır. Çünki tariflər büdcəyə və onun gəlir hissəsinə təsir göstərir. Bu səbəbdən, eləcə də büdcənin parlamentin səlahiyyətində olduğunu nəzərə aldıqda, istənilən bu tip dəyişikliklər Milli Məclisdə təsdiqlənməlidir. 

Bu həm də ona görə vacibdir ki, parlamentdə seçilmişlər təmsil olunmalıdır və onların seçiciləri qarşısında müəyyən öhdəlikləri var. Qiymətlərin asanlıqla artırılmasına qarşı bu nüans psixoloji baryer yaradacaq. Çünki öz seçiciləri, vətəndaşlarla görüşdə onlara müəyyən iradlar bildirilə bilər. Yəni bu, gələcəkdə müəyyən dərəcədə tariflərin artırılmasının qarşısını kəsə biləcək amilə də çevrilə bilər”.

İqtisadçının fikrincə, Tarif Şurası ayrıca, hətta məsləhətverici orqan kimi qalmalı, qərarların verilməsinə təsiri minimuma endirilməlidir. 

“Şura NK-də araşdırma qrupu kimi fəaliyyət göstərə bilər. Bu da dünyada gedən prosesləri, ölkədəki durumu nəzərə alaraq, dövlət tərəfindən tənzimlənən qiymətlərlə bağlı təkliflər paketi hazırlaya bilər”, - deyə ekspert bildirib.

Natiq Cəfərli fərmana əsasən Tarif Şurası Katibliyinin bundan sonra Azərbaycan Respublikasının Dövlət gerbi olan və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malik olmayacağı ilə bağlı dəyişikliyin qurumun səlahiyyətlərinə təsirinə də münasibət bildirib:

“Onlar sadəcə olaraq, dövlət qurumu olmayacaqlar. Lakin tariflərlə bağlı qərarvermə mexanizmləri qalacaq. Ümumiyyətlə, qərarvermə mexanizminin onlardan alınmasının tərəfdarıyam. Tarif Şurası məsləhət verə bilər, ictimai əsaslarla komissiya kimi fəaliyyət göstərə, NK-ya təkliflər verə bilərlər. 

Uzun illərdir əsas problem odur ki, Tarif Şurası gecələr yığışır, qiymətləri artırır, amma səbəbləri izah edə bilmirdi.

Qaz, elektrik, suyun qiymətlərinin artmasına səbəb kimi, ən çox işlənilən bayağı cümlə “dünyada baş verən prosesləri nəzərə alaraq, Azərbaycanda da tariflər dəyişdirilir” idi.

Nədir bu proseslər? Onların Azərbaycana təsirləri nədir? Hesablamalar necə aparılır? Bu suallar açıq olaraq qalırdı. Parlament müzakirəsi olduqda isə, ən azından bu sualların verilməsi üçün imkan formalaşa bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 5-də imzaladığı fərmanla “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də edilən dəyişikliyə görə, Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial orqan olacaq.

Bundan əvvəl Şura kollegial icra hakimiyyəti orqanı statusunda olub.

Eyni zamanda Şuranın Katibliyi Azərbaycan Respublikasının Dövlət gerbi və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malik olub. Bundan sonra Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq. Katibliyin işçiləri də bundan sonra dövlət qulluqçusu hesab edilməyəcəklər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

End of content

No more pages to load

RADİO