ADY-nin Astara Terminalında (İran ərazisində) 2026-cı ilin 9 ayında 631 min tondan çox yük aşırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 33 faiz çoxdur.
2026-cı ilin sentyabr ayında müvafiq göstərici 52 faiz artaraq 93 min tondan çox olub.

Bizim.Media