Çinin Henan əyalətinin Tsyaotso şəhərində restoran sahibi əməkdaşlarının əlverişsiz hava şəraitində elektrik skuterləri ilə işə getməməsi üçün onlara yeni BMW avtomobilləri hədiyyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Pengpai" qəzeti məlumat yayıb.
Məlumata görə, Ma Yanli sentyabrın sonunda əməkdaşlarının hər gün elektrik skuterləri ilə işə getdiyini və pis hava şəraitində yolda çətinlik çəkdiklərini görüb. Bundan sonra sahibkar fərqlənən işçiləri mükafatlandırmaq qərarına gəlib və onların avtomobilləri üçün ödənişi tam şəkildə edib.
"Müşavirə zamanı rəhbər onları gözlənilmədən birbaşa BMW avtosalonuna apardı. Avtomobillərin ödənişi əvvəlcədən tam həyata keçirilmişdi", - deyə məlumatda bildirilib.
Ma Yanli restoranın inkişafının bütün əməkdaşların əməyindən asılı olduğunu vurğulayıb.
Avtomobillər restoranın iki ən yaxşı əməkdaşına verilib. Hər bir avtomobilin qiyməti 45 min dollar təşkil edib.
Bizim.Media