Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bahalaşma OLACAQ

Bu ilin iyul ayında Azərbaycan avtomobil bazarında elan qiymətlərinin medianı 17 min manat təşkil edib. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə, bu, iyun ayı ilə müqayisədə 900 manat və ya 5 faizlik azalma deməkdir.

Lakin ilk baxışda avtomobillərin ucuzlaşması təsiri yaradan bu göstərici bazardakı real qiymət dinamikasını tam əks etdirmir. AQP-nin təhlilinə görə, iyul ayında median qiymətin aşağı düşməsinin əsas səbəbi avtomobillərin qiymətinin kütləvi şəkildə ucuzlaşması deyil, bazara çıxarılan avtomobillərin strukturunun dəyişməsi olub.

Belə ki, ümumi təklifdə daha aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium modellərin payı isə azalıb.

Sabit struktur üzrə hesablamalar da bunu təsdiqləyir. Marka və modellərin bazardakı çəkisi dəyişməz saxlanıldıqda indeks 103,1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103,3 təşkil edib. AQP bu göstəricilərə əsasən real qiymət dəyişməsinin cəmi 0,2–0,4 faiz civarında olduğunu bildirir.

Beləliklə, 17 min manatlıq median qiymət avtomobil bazarında kəskin ucuzlaşma baş verdiyini göstərmir.

Bəs bazarda aşağı və orta qiymətli avtomobillərin payının artmasına səbəb nədir? Hazırda Azərbaycanda avtomobil bazarında tələb daha çox hansı qiymət seqmentinə yönəlib?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bunun bir səbəbi hibrid və elektromobillərin idxalının əlavə dəyər vergisinə cəlb olunmasıdır:

“Ölkəmizə idxal olunan yeni hibrid və elektromobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunma güzəştinin müddəti bitib və indi belə nəqliyyat vasitələri ölkəyə gətirilərkən satılanda ƏDV üzərinə gəlməklə satılır. Bu da qiymətin yüksəlməsinə gətirib çıxarır və alıcıları belə maşınları almaqdan çəkindirir.

İndi avtomobil bazarında köhnə avtomobillərə də maraq artıb. Hansı ki bu bizim ölkə olaraq ümumi gələcək strategiyamızın əleyhinədir. Çünki biz çalışırıq ki, ölkəmizin avtomobil parkı yenilənsin, ekoloji cəhətdən təmzi nəqliyyat vasitələrinə üstünlük verilsin. Bu dörd il ərzində buna nail olunmuşdu. Təəssüf ki, güzəştlərin vaxtının bitməsi ilə yenidən insanlar köhnə maşın almağa daha çox meyillənirlər”.

O hesab edir ki, avtomobillərə tələbatın azalmasına təsir edən digər amil isə yay fəslidir:

“Mövsümü də qeyd etmək laızmdır. Yayın ortasında adətən, avtomobillərə olan tələb azalır. Tələb sentyabr-oktybar aylarında artacaq. Tələb artdıqda isə maşınların qiyməti təxminən 5% civarında yüksələcək”.

Ekspert ümumilikdə avtomobil bazarına xaricdən, əsasən də Çindən gətirilən qeyri-rəsmi avtomobillərin mənfi təsir etdiyini vurğulayıb:

“Yəni bu avtomobillərin zavod zəmanəti yoxdur, yeni avtomobil olsa da istehsalçı zəmanət verməyib. Onları Çindən köhnə avtomobil kimi müəyyən rüsumlardan azad olma ilə çıxarırlar, Azərbaycan kimi postsovet ölkələrinə gətirib yeni avtomobil adı ilə satırlar və çox ucuz qiymətə təklif edirlər. Ona görə də burada rəsmi nümayəndəlik, rəsmi diller istehsalçıya bağlı olan şirkətlər avtomobil satmaqda çətinlik çəkirlər.

Təsəvvür edin ki, 50 nəfər işçisi olan bir şirkət hər hansı avtomobili satır, amma bir nəfər özü gedib Çindən avtomobil gətirir və heç bir rüsum, vergi ödəmədən satır. O, vergi ödəmədən qazanır. Amma vergi ödəyicisi olan şirkət isə sata bilmir. Bu tendensiya ümumilikdə avtomobil bazarına, avtomobil alqı-satqısı ilə məşğul olanlara, rəsmi dillerlərə də çox böyük ziyan vurur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO

Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO

Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş

Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Çağırış yaşlı ukraynalı kişilər evlərinə qayıtmalıdır - Almaniyalı siyasətçi

Çağırış yaşlı ukraynalı kişilər evlərinə qayıtmalıdır - Almaniyalı siyasətçi

Səudiyyə Ərəbistanı dünya neft tədarükünün 4%-dən məhrum ediləcək?

Səudiyyə Ərəbistanı dünya neft tədarükünün 4%-dən məhrum ediləcək?

Alimlər ilk dəfə suyun "şüşəyə" çevrilməsini müşahidə etdilər

Alimlər ilk dəfə suyun "şüşəyə" çevrilməsini müşahidə etdilər

Bakıda kanalizasiya borusu partladı - VİDEO

Bakıda kanalizasiya borusu partladı - VİDEO

Çimərlik polosu üzrə "See Breeze 2026" turnirində bürünc medalın sahibi BƏLLİ OLDU - FOTO

Çimərlik polosu üzrə "See Breeze 2026" turnirində bürünc medalın sahibi BƏLLİ OLDU - FOTO

Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu - FOTO

Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu - FOTO

Vergi xidmətinin əməkdaşı vəfat etdi - FOTO

Vergi xidmətinin əməkdaşı vəfat etdi - FOTO

Ukrayna Rusiyanın PUA anbarlarına və buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO

Ukrayna Rusiyanın PUA anbarlarına və buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO

"Rus evi"ni bağladılar, yenisini açacağıq - Konstantin Kolpakov

"Rus evi"ni bağladılar, yenisini açacağıq - Konstantin Kolpakov

Bu il Atlantika okeanında bir dənə də olsun qasırğa formalaşmayıb - REKORD

Bu il Atlantika okeanında bir dənə də olsun qasırğa formalaşmayıb - REKORD

Aşan bərədə ölənlərin sayı azı 6-ya çatdı - 130 nəfər itkin düşüb

Aşan bərədə ölənlərin sayı azı 6-ya çatdı - 130 nəfər itkin düşüb

Ərdoğan Suriyaya səfər edəcək - Hazırlıq görülür

Ərdoğan Suriyaya səfər edəcək - Hazırlıq görülür

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO

Pekində heç kəs drondan istifadə edə bilməyəcək - Qadağa qoyuldu

Pekində heç kəs drondan istifadə edə bilməyəcək - Qadağa qoyuldu

Mingəçevirdə 9 mərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi - FOTO/VİDEO

Mingəçevirdə 9 mərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi - FOTO/VİDEO

Dublində Trampın səfərinə qarşı etiraz aksiyası əsl şouya çevrildi – VİDEO

Dublində Trampın səfərinə qarşı etiraz aksiyası əsl şouya çevrildi – VİDEO

Qərb Rusiya ilə müharibə aparsa, havadakı üstünlüyünü itirəcək

Qərb Rusiya ilə müharibə aparsa, havadakı üstünlüyünü itirəcək

Sabah Hörmüz boğazına dair razılaşmaya imza atılacaq - Pezeşkian

Sabah Hörmüz boğazına dair razılaşmaya imza atılacaq - Pezeşkian

Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq

Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq

Qərb qoşunları Ukraynaya yeridiləcək? - Kremlin REAKSİYASI

Qərb qoşunları Ukraynaya yeridiləcək? - Kremlin REAKSİYASI

Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq

Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq

End of content

No more pages to load

RADİO