Atəşkəsin iqtisadi EFFEKTİ – Bahalaşan və ucuzlaşan MƏHSULLAR

Xəbər verdiyimiz kimi ötən gün ABŞ-la İran arasında atəşkəs elan edilib. Bu dünyada davam edən iqtisadi proseslərə ciddi şəkildə təsir edib.

Dünya bazarlarında neftin qiyməti ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşması fonunda kəskin aşağı düşüb.

Ötən gün “Brent” markalı neft 95,04 dollara, yüngül neft isə 96,72 dollara təklif edilir.

Xatırladaq ki, ötən gün “Brent” markalı neft 111,70 dollara, yüngül neft isə 116,44 dollara təklif edilirdi.

Təbii ki, bu dünya bazarında Azərbaycan neftinin də ucuzlaşmasına səbəb olub. Belə ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 20,24 ABŞ dolları və ya 14,38 % azalaraq 120,44 ABŞ dolları təşkil edib.

Qaz da ucuzlaşdı...

Çərşənbə günü Avropa birjalarında ticarətin açılışında qaz qiymətləri ABŞ və İran arasında iki həftəlik qarşılıqlı atəşkəs xəbərləri fonunda 18% azalıb.

Niderlanddakı TTF habındı may fyuçersinin qiyməti 1 min kub metr üçün təxminən 518 ABŞ dollarına, yaxud cari avro-dolar məzənnəsinə əsasən 1 MWh üçün 42,905 avroya enib (ICE birjasında qiymətlər MWh başına avro ilə göstərilir).

Dollara etimad azalıb.

İran və ABŞ arasında iki həftəlik atəşkəs razılaşması ardından ABŞ valyutası bütün əsas valyutalara qarşı kəskin ucuzlaşıb. Bu razılaşma neft qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb və münaqişə şəraitində dolların qoruyucu aktiv kimi tələbatını zəiflədib.

Altı əsas rəqib valyuta səbəti qarşısında ölçülən ABŞ dollarının indeksi DXY indeksi 2 faizə yaxın enişlə 98.46 bəndə düşüb. Bloomberg tərəfindən izlənilən ABŞ dolları indeksi bir faiz azalaraq dörd həftənin minimum səviyyəsinə düşüb.

Mis qiymətlərində bahalaşma

ABŞ və İran arasında atəşkəs elan edilməsi xəbəri fonunda qlobal mis qiymətləri son üç həftənin ən yüksək səviyyəsinə çatıb. Sənaye metalının qiyməti London Metal Exchange (LME) birjasında 12,6 min dollar/ton (+2,9%) səviyyəsinə qədər yüksəlib.

Məlumata görə, mis qiymətləri artımı bir qədər korreksiya edərək 12,3 min dollar/ton təşkil edib. Eyni zamanda, alüminium da 3,47 min dollar/tonadək bahalaşıb. Agentliyin məlumatına görə, bu metal Hormuz Strait-ın blokadasına qarşı ən həssas metal hesab olunur.

Kriptovalyuta bazarında canlanma

Bitcoin ABŞ və İranın ilkin atəşkəs razılaşmasına imza atmasından sonra üç həftənin ən yüksək səviyyəsinə qalxıb və risk aktivlərində artıma səbəb olub.

Ən böyük kriptovalyuta 4,9% yüksələrək 72,738 dollara çatıb ki, bu da 18 martdan bu yana ən yüksək səviyyədir. Kiçik tokenlər də böyük qazanclar əldə edib, Ethereum isə 7,4% artaraq 2,273 dollara yüksəlib.

Digər sahələr bu hadisədən nə qədər təsirlənib?

Nəzərə alaq ki, İkinci Dünya müharibəsindən sonra ilk neft böhranı 1970-ci illərdə baş verib və bu, hökumətlərin artıq yalnız dövri deyil, davamlı büdcə kəsiri ilə üzləşdiyi yeni dövrün başlanğıcına təsadüf edib. Həmin dövrdə ABŞ və digər böyük ölkələrdə büdcə kəsiri ÜDM-in təxminən 2%-ni təşkil edirdi. Bu gün isə orta büdcə kəsiri iki dəfədən çox artıb, “Böyük yeddilik” ölkələrinin dövlət borcu isə ÜDM-in 20%-indən 100%-dən yuxarı səviyyəyə yüksəlib.

Hökumətlər böhrana əvvəlki kimi reaksiya verməyə çalışırlar. Böyük Britaniya, Fransa, Braziliya və Hindistan qiymətlərin tənzimlənməsi, normativ bölgü sistemləri və nəqliyyatdan tutmuş məişətə qədər yanacağa subsidiyalar tətbiq edir. Lakin bu dəfə belə dəstək tədbirlərinin həyata keçirilməsi çətin görünür və qlobal istiqraz bazarları dövlət xərclərinin artması riskləri barədə xəbərdarlıq edir.

Adətən böhran dövrlərində uzunmüddətli faiz dərəcələri azalır, çünki bazarlar iqtisadi artımın zəifləyəcəyini və monetar siyasətin yumşaldılacağını gözləyir. Lakin iri neft böhranları istisna təşkil edib — bu hallarda inflyasiya qorxusu səbəbindən uzunmüddətli dərəcələr yüksəlib.

Mərkəzi banklar da çətin vəziyyətdədir...

Son onilliklərdə onlar hökumətlərlə birlikdə problemlərin ilk əlamətlərində stimullaşdırıcı addımlar atırdılar. Lakin indi bu xeyli çətinləşib. ABŞ Federal Ehtiyat Sistemi artıq 60 aydır ki, 2%-lik inflyasiya hədəfinə çata bilmir. Son dövrdə inkişaf etmiş ölkələrin dörd mərkəzi bankından üçü və inkişaf etməkdə olan ölkələrin hər iki mərkəzi bankından biri də öz hədəflərinə nail olmayıb. Hətta neft şoku iqtisadiyyatı zəiflətsə belə, inflyasiyanı artırdığı üçün mərkəzi banklar adekvat reaksiya verməkdə çətinlik çəkə bilər.

Ən həssas ölkələr yüksək dövlət borcu və büdcə kəsiri olan, həmçinin mərkəzi bankı inflyasiya hədəfinə çata bilməyən ölkələrdir. İnkişaf etmiş dünyada bunlara ilk növbədə ABŞ və Böyük Britaniya, inkişaf etməkdə olan ölkələr arasında isə Braziliya, Misir və İndoneziya daxildir.

Nisbətən dayanıqlı iqtisadiyyatlar azdır və bunlar, əsasən, Tayvan, Vyetnam və İsveç kimi ölkələrdir. İsveçdə inkişaf etmiş sosial təminat sisteminə baxmayaraq, büdcə kəsiri ÜDM-in 2%-dən azdır.

ABŞ enerji müstəqilliyi sayəsində neft şokundan qismən qorunsa da, uzunmüddətli münaqişə qarşısında bu ölkənin iqtisadiyyatı da həssas durumdadır. Keçən il ABŞ-nin büdcə kəsiri inkişaf etmiş ölkələr arasında ən yüksək olub və ÜDM-in təxminən 6%-ni təşkil edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

Elçin Quliyev onlara beretlər verdi – FOTO/VİDEO

Elçin Quliyev onlara beretlər verdi – FOTO/VİDEO

Gənclər ictimai nəqliyyatda yer verməyə borcludur? - VİDEOSORĞU

Gənclər ictimai nəqliyyatda yer verməyə borcludur? - VİDEOSORĞU

Valideynlərin NƏZƏRİNƏ: Gələn həftə dayandırılır

Valideynlərin NƏZƏRİNƏ: Gələn həftə dayandırılır

Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

Rio Olimpiadası üçün tikilən stadion alovlar içində - VİDEO

Rio Olimpiadası üçün tikilən stadion alovlar içində - VİDEO

Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”

Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”

Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Siyavuş Novruzov: “Gərək illərlə növbəyə durasan ki, narkoloji dispanserə yerləşə biləsən”

Siyavuş Novruzov: “Gərək illərlə növbəyə durasan ki, narkoloji dispanserə yerləşə biləsən”

Felipe Santos “Araz Naxçıvan”dan GEDİR

Felipe Santos “Araz Naxçıvan”dan GEDİR

Orhan Gencebayın 81 yaşlı xanımı tərzi ilə diqqət çəkdi - VİDEO

Orhan Gencebayın 81 yaşlı xanımı tərzi ilə diqqət çəkdi - VİDEO

İsrail Hizbullahın hərbi infrastrukturunu belə məhv etdi - VİDEO

İsrail Hizbullahın hərbi infrastrukturunu belə məhv etdi - VİDEO

Azərbaycanda qoyunları belə çimizdirəcəklər – FOTO

Azərbaycanda qoyunları belə çimizdirəcəklər – FOTO

Yeni bir başlanğıc üçün sakit və rahat bir məkan: göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!

Yeni bir başlanğıc üçün sakit və rahat bir məkan: göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!

18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

Vladikavkazda fişəng anbarında güclü partlayış – VİDEO

Vladikavkazda fişəng anbarında güclü partlayış – VİDEO

Atəşkəsin iqtisadi EFFEKTİ – Bahalaşan və ucuzlaşan MƏHSULLAR

Atəşkəsin iqtisadi EFFEKTİ – Bahalaşan və ucuzlaşan MƏHSULLAR

Sumqayıtda ucuz geyimlərin satıldığı məşhur mağaza BAĞLANDI - FOTO/VİDEO

Sumqayıtda ucuz geyimlərin satıldığı məşhur mağaza BAĞLANDI - FOTO/VİDEO

Məktəbdə insident: Müəllim valideyni döydü

Məktəbdə insident: Müəllim valideyni döydü

Dövlət vəsaiti ilə qurulan “ailə imperiyası”

Dövlət vəsaiti ilə qurulan “ailə imperiyası”

Siyavuş Novruzov: “Qadın paltarında xaricə qaçıb, Azərbaycan xalqına iftira atırlar”

Siyavuş Novruzov: “Qadın paltarında xaricə qaçıb, Azərbaycan xalqına iftira atırlar”

Azərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir - FOTO

Azərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir - FOTO

Zelenski təsdiqlədi: “Yaxın Şərqdə İran dronlarını məhv etmişik”

Zelenski təsdiqlədi: “Yaxın Şərqdə İran dronlarını məhv etmişik”

Dağlara QAR YAĞACAQ - Sabahın havası

Dağlara QAR YAĞACAQ - Sabahın havası

End of content

No more pages to load

RADİO