Avtomobil yağları kəskin BAHALAŞDI

Hörmüz boğazındakı gərginlik avtomobil yağları bazarına da təsirsiz ötüşmür. Xüsusən də Avropadan gələn bəzi yağ markalarında qiymət artımı qeydə alınıb.

Satıçılar bildirirlər ki, əvvəllər 100 manata satılan bəzi məhsullar indi 120-125 manata təklif olunur. Bu artım bütün yağlara aid edilməsə də, ayrı-ayrı markalar üzrə bahalaşmanın başladığı qeyd olunur

Bazarın bütün seqmentlərində isə eyni mənzərə yoxdur. Bəzi servis və satış nöqtələrində qiymətlər hələ dəyişməyib. Bunun əsas səbəbi mövcud ehtiyatların əvvəlki qiymətlərlə alınmasıdır.

Ancaq bəzi məhsulların tükənməsi yaxın dövrdə artımın daha geniş hiss olunacağı ehtimalını gücləndirir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, Azərbaycanda avtomobil yağlarının bahalaşmasının əsas səbəbi dünya bazarında neft və enerji qiymətlərinin artmasıdır:

“Avtomobil yağı neft məhsulu olduğu üçün xammal bahalaşanda onun qiyməti də yüksəlir. Bununla yanaşı, ölkəyə idxal olunan yağlar, xüsusilə Avropadan gətirilən məhsullar artıq daha baha qiymətə gəlir və yeni partiyalar bazara yüksək qiymətlə daxil olur.

Digər səbəb daşınma və logistika xərclərinin artmasıdır. Beynəlxalq marşrutlarda risklər və gecikmələr nəqliyyat xərclərini yüksəldir, bu da məhsulun son qiymətinə təsir edir. Eyni zamanda ümumi inflyasiya və istehsal xərclərinin artması da qiymətlərin yüksəlməsinə səbəb olur.

Bəzi yerlərdə qiymət artımı hələ tam hiss olunmaya bilər, çünki hələ əvvəlki ucuz mallar satılır. Amma bu ehtiyatlar bitdikcə bazarda qiymətlər ümumi şəkildə yüksəlir. Ona görə də digər məhsullar kimi avtomobil yağları yaxın günlərdə bir qədər də bahalaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyəzəndə qazın verilməsi dayandırlacaq

Siyəzəndə qazın verilməsi dayandırlacaq

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

Türkiyəli məşhur müğənni saxlanılıb

Türkiyəli məşhur müğənni saxlanılıb

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

İcra məmurları ilə bağlı yeni qaydalar...

İcra məmurları ilə bağlı yeni qaydalar...

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

Metyu Brayza: “İrana qarşı quru əməliyyatları başlaya bilər” – EKSKLÜZİV

Metyu Brayza: “İrana qarşı quru əməliyyatları başlaya bilər” – EKSKLÜZİV

Xameneinin qırx mərasimi kilsədə keçirildi – VİDEO

Xameneinin qırx mərasimi kilsədə keçirildi – VİDEO

Əlillik arayışının verilmə qaydası dəyişir

Əlillik arayışının verilmə qaydası dəyişir

End of content

No more pages to load

RADİO