53 ildən sonra İLK – Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftəni qlobal enerji bazarları böyük təzyiq altında keçiririlər. Bu da təbiidir.

Hərbi-siyasi gərginlik

Çünki Yaxın Şərq kimi enerji ilə zəngin bir məkan hələ 1973-cü ildən bəri belə bir gərginliklə üzləşməyib. Onu deyim ki, hətta Səddam Hüseyn qoşunlarının 1990-cı ilin avqustunda Küveyti qısamüddətli işğalı bu cür dəhşətli masştabda hərbi qarşıdurma ilə müqayisə edilməzdi.
 

MÖVZU İLƏ BAĞLI:

Neftin qiyməti 118 dolları keçdi


Ötən ilin yayındakı 12 günlük İsrail-ABŞ-İran müharibəsi fevralın 28-də yenidən təkrarlandı və artıq 8-ci günüdür davam edir. Onun nə zaman bitməsi hələ ki, məchul olaraq qalır. Öz növbəsində İran İsraildən əlavə ABŞ-nin hərbi bazalarının yerləşdiyi ölkələri də raket və dron atəşinə tutur. Bir ucu hələ gəlib bizə də dəydi. Özü də heç bir səbəb-filan olmadan.

2025-ci ilin iyunundakı müharibədən fərqli olaraq bu dəfə Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Bəhreynin enerji obyektləri hücuma məruz qalıb, Körfəzdə ötən əsrin 80-ci illərindən İran-İraq müharibəsindən sonra ilk dəfə tankerləri atəşə tutulub. Nəticədə Hörmüz boğazından keçməyə cəsarət edən tankerlərin sayı artıq martın 3-dən heçə enib.

Qlobal bazarlar

Belə bir hərbi-siyasi gərginlik şəraitində neft-qaz qiymətlərinin artımı qaçılmaz idi. Brent markalı neftin qiyməti əgər ötən cümə günü London Əmtəə Birjası bağanarkən 72,48 dollar olmuşdusa, bir həftə sonra 94 dollara qədər artım nümayiş etdirdi. Baxmayaraq ki, həftə əvvəli 77,74 qiyməti ilə işini yekunlaşdırmışdı. Çünki bazar iştirakçıları o zaman elə zənn edirdilər ki, enerji obyektləri bu dəfə də ötən ilin yayındakı 12 günlük müharibədə olduğu kimi hədəfdə olmayacaq və məsələ İsraillə İran arasındakı “dava” ilə çərçivələnəcək.

Amma sonrakı günlər yaşananlar göstərdi ki, bunlar sadəcə başlanğıc idi. İranın dini liderinin və ətrafının öldürülməsi faktı təsdiqləndikdən sonra Qətərin maye qaz zavodu, Səudiyyənin neft emal zavodu, Küveyt sahillərindəki tanker, BƏƏ-nin isə neft platforması sıradan çıxarıldı və Körfəz müharibəsinin yeni səhifəsi açıldı. Və neft qiymətləri üzüyuxarı artmağa başladı.

Neft qiymətlərinə korrektələr

Mövcud hadisələr fonunda Amerikanın aparıcı bankları 2026-cı il üçün neftin orta qiyməti üzrə proqnozlarını yenidən nəzərdən keçiriblər: “Goldman Sachs” bankı analitikləri hesab edirlər ki, Brent markalı neftin orta qiyməti 72 dollar həddinə qədər artım edəcək. UBS-dən olan həmkarları isə hesab edilər ki, neftin orta illik proqnoz qiyməti 71 dollar təşkil edəcək.

Qeyd edim ki, 2025-ci ildə Brent markalı neftin orta qiyməti 69 dollar təşkil etmişdi və ötən ilin sonu verilən proqnozlara əsasən, bazardakı neft bolluğunu nəzərə alıb qiymətlərin 10% azalması təxmin edilirdi. Həqiqətən də, enerji qiymətlərinə təsir edən elə şeylər var ki, onları proqnoz etmək bəzən mümkünsüzdür, məsələn müharibələri.

Cənub Qaz Dəhlizi toplantısı

Bu həftə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası öz işini yekunlaşdırdı. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılmışdı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edirdi.

Avropa Komissiyasının enerji komissarı Dan Yorgensen Bakıdakı çıxışı zamanı Avropa İttifaqının enerji təhlükəsizliyi haqqında məsələlərə toxunarkən məhz onun Rusiya qazından asılılığının azaldılmasına diqqəti çəkdi.

Onun sözlərinə görə, 2022-ci ildə İttifaq ölkələrinin ümumi idxalında Rusiya qazının payı 45 faiz idisə, 2025-ci ildə bu göstərici 12 faizə düşdü və hazırda azalmaqda davam edir. Burada avrokomissar Rusiyadan gələn qazın əvəzlənməsində Azərbaycanı etibarlı və inanılan tərəfdaş adlandırır. Və xüsusilə vurğulayır ki, 5 il müddətində Avropa Azərbaycandan 50 milyard kubmetrdən çox qaz həcmini Trans-Adriatik boru kəməri ilə istabil idxal etməyə müvəffəq olub.

Dan Yorgensen bildirir ki, Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq, bu isə Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək. Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq. Amma Avropa ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bir qədər sonra Cənub Qaz Dəhlizi  Məşvərət Şurasının yekunlarına həsr edilmiş azərbaycanlı həmkarı Pərviz Şahbazovla birgə keçirdiyi mətbuat konfransında daha açıq dilə gətirib.

Azərbaycanla Avropa arasında yeni enerji dialoqu

Fikrimcə, Bakıda keçirilən tədbirin yekunu kimi Dan Yorgensenin Avropa İttifaqı və Azərbaycanın Brüsseldə enerji üzrə yüksək səviyyəli dialoq keçirmək barədə razılığa gəlməsini bəyan etməsi onu göstərir ki, indiyə qədər mövcud olmuş enerji əməkdaşlığı bundan sonra yeni mərhələyə qədəm qoyur. 

Əvvəla, qeyd etmək istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji üzrə yüksək səviyyəli dialoq yeni mexanizm deyil. Yəni söhbət tamamilə yeni platformadan yox, mövcud əməkdaşlığın artıq institusional şəkildə davamından gedir. Xatırlatmaq istərdim ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının bu il artıq 20-ci ili tamam olur. 

Məhz 2006-cı ilin 7 noyabr tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və o zaman Avropa Komissiyası-nin Prezidenti olan José Manuel Barroso tərəfindən imzalanmış “Enerji üzrə Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu bu dialoqun hüquqi əsasını qoydu.

13 yanvar 2011-ci il tarixində Bakı şəhərində Azərbaycan və Aİ arasında “Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə” imzalanması isə Avropa İttifaqının Azərbaycandan qaz idxalı üzrə layihələrə dəstək üzrə işçi çərçivənin müəyyənləşdirilməsini gündəmə gətirdi. 

2022-ci ilin 18 iyul tarixində isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Aİ Prezidenti Ursula Fon der Lyayenin imza atdıqları "Enerji sahəsində Əməkdaşlıq Memorandumu" dəyişən dünya çapında enerji təhlükəsizliyinin artırılması üçün Azərbaycandan Avropa İttifaqına qaz tədarükünün 2 dəfə artırılması barədə tərəflərin razılaşması idi.

Daha anlamlı şəkildə desəm, "Yüksək səviyyəli enerji dialoqu" artıq sırf şirkətlərarası və ya texniki səviyyədə keçirilən görüşlər deyil. Bu, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı sahəsində strateji və siyasi qərarların formalaşdırılmasını özündə ehtiva edən mərhələ olacaq.

Bu baxımdan Brüsseldə planlaşdırılan yüksək səviyyəli enerji dialoqu ehtimal ki, təkcə mövcud qaz həcmləri deyil, həm də uzunmüddətli enerji keçidi gündəliyi, bərpa olunan enerji, yaşıl enerji kabeli layihələri və bu kimi layihələr ətrafında Azərbaycanla Avropa İttifaqının orta perspektiv üçün əməkdaşlığına töhvə verən bir platforma olacaq.

16 ölkəyə qaz ixracı

Onu da deyim ki, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarına qatılan Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bir sıra maraqlı məqamlara toxunub ki, məhz onların sayəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri əyani görmək mümlkündür.

Məsələn dövlət başçımız bildirib ki, “bir il əvvəl bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.

Daha sonra Prezident digər mühüm hadisə kimi Azərbaycanın qaz ixracı coğrafiyasının yeni istiqamətdə inkişafına toxunub:  Yaxın Şərq bazarlarına ilk Azərbaycan qazı çatdırılıb. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq.

Azərbaycanın qaz planları

Planlarımıza gəldikdə isə, dövlət başçısı Azərbaycanın Avropa enerji bazarları ilə əlaqələrinin genişləndirilməsi niyyətini vurğulayıb və artıq Avropanın daha iki ölkəsinə - Almaniya və Avstriyaya qaz tədarükünə başlanıldığını bildirib. Bununla da, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazının alıcısı qismində çıxış edir.

Prezident İlham Əliyev cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını da anons edib. Yaxın iki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənməsi ilə qaz hasilatını üç dəfə artırılması planlaşdırılır. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına hazırlıq da gedir.

Azərbaycan təbii qazının əsas mənbəyi olan “Şahdəniz” yatağının perspektivlərindən danışan Dövlətimizin başçısı bildirib ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanması gözlənilir. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində, İlham Əliyevin məlumatına əsasən, 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.
 

Bunun nə demək olduğunu əyani təsəvvür etmək üçün ötən ilin qaz statistikamızı diqqətinizə çatdırmaq istərdim: Azərbaycan 2025-ci ilin yekunlarına görə, təqribən 38,9 mlrd m3 əmtəəlik qaz hasil edib və bunun 25,2 mlrd m3-nu xarici bazarlarda kapitala çevirib. Avropa bazarlarında satış həcmlərimiz isə 12,8 mlrd m3 ətrafında olub.


Bu beşilliyin sonuna qədər deyilən layihələrin gercəkləşdirilməsi üçün yeni istehlak bazarlarına çıxışı təmin edə biləcək mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və o cümlədən Azərbaycanın qazpaylama şəbəkəsinin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi lazımdır. Necə deyərlər, Azərbaycanın enerji bazarı yenidən iri layihələrin həyata keçirilməsi dövrünə qədəm qoyur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TƏCİLİ! ABŞ-dan Türkiyə ilə bağlı XƏBƏRDARLIQ – FOTO

TƏCİLİ! ABŞ-dan Türkiyə ilə bağlı XƏBƏRDARLIQ – FOTO

Almaniya XİN: “Azərbaycanla həmrəyik”

Almaniya XİN: “Azərbaycanla həmrəyik”

Türkiyədəki zəlzələ anı – VİDEO

Türkiyədəki zəlzələ anı – VİDEO

Çox uzun ömür sürəcəyinizin beş əlaməti

Çox uzun ömür sürəcəyinizin beş əlaməti

Almaları tüpürərək silməsi ilə gündəm olan satıcı danışdı – VİDEO

Almaları tüpürərək silməsi ilə gündəm olan satıcı danışdı – VİDEO

İsrail şəhərləri İranın raket zərbələrindən sonra – VİDEO

İsrail şəhərləri İranın raket zərbələrindən sonra – VİDEO

Buraxılış imtahanı verənlərin NƏZƏRİNƏ – Cavablar bu saatda bilinəcək – RƏSMİ

Buraxılış imtahanı verənlərin NƏZƏRİNƏ – Cavablar bu saatda bilinəcək – RƏSMİ

Müctəba Xameneinin ali rəhbər seçilməsinə Putindən REAKSİYA

Müctəba Xameneinin ali rəhbər seçilməsinə Putindən REAKSİYA

Bu Avropa ölkəsi ABŞ-İsrail əməliyyatlarına qarşı çıxdı

Bu Avropa ölkəsi ABŞ-İsrail əməliyyatlarına qarşı çıxdı

Fon der Lyayen: “Orta Dəhliz Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yoldur”

Fon der Lyayen: “Orta Dəhliz Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yoldur”

İran XİN: “Vasitəçilik səylərinin müzakirəsi mənasızdır” - VİDEO

İran XİN: “Vasitəçilik səylərinin müzakirəsi mənasızdır” - VİDEO

Braziliyada DRAMATİK FİNAL - Kütləvi dava, 23 qırmızı vərəqə - VİDEO

Braziliyada DRAMATİK FİNAL - Kütləvi dava, 23 qırmızı vərəqə - VİDEO

Bu meyvələrdən UZAQ DURUN! – Qorxunc xəstəliklərə səbəb olur

Bu meyvələrdən UZAQ DURUN! – Qorxunc xəstəliklərə səbəb olur

İsrail Ordusu Beyruta zərbələr endirdi – ANBAAN VİDEO

İsrail Ordusu Beyruta zərbələr endirdi – ANBAAN VİDEO

Xəmirin yumşaq olması üçün nə etməli?

Xəmirin yumşaq olması üçün nə etməli?

Lyayen: “Onlara görə göz yaşı tökməyə ehtiyac yoxdur” – VİDEO

Lyayen: “Onlara görə göz yaşı tökməyə ehtiyac yoxdur” – VİDEO

İsrail bombalayır, iranlılar bayram edir... – VİDEO

İsrail bombalayır, iranlılar bayram edir... – VİDEO

İranın yeni ali rəhbərindən İsrailə İLK ZƏRBƏ – FOTO

İranın yeni ali rəhbərindən İsrailə İLK ZƏRBƏ – FOTO

Daha beş nəfər İrandan Azərbaycana təxliyə olundu – FOTO

Daha beş nəfər İrandan Azərbaycana təxliyə olundu – FOTO

Avtobusda sərnişinin pul kisəsini belə oğurladı – VİDEO

Avtobusda sərnişinin pul kisəsini belə oğurladı – VİDEO

Naxçıvan aeroportunun fəaliyyəti BƏRPA EDİLDİ - FOTO

Naxçıvan aeroportunun fəaliyyəti BƏRPA EDİLDİ - FOTO

Gömrük Komitəsindən ƏMƏLİYYAT – Saxta aksizli içkilər aşkarlandı

Gömrük Komitəsindən ƏMƏLİYYAT – Saxta aksizli içkilər aşkarlandı

“Bunu biz yox, İran özü edib”

“Bunu biz yox, İran özü edib”

53 ildən sonra İLK – Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

53 ildən sonra İLK – Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

End of content

No more pages to load

RADİO