İrandan dünyanı qorxuya salan TƏHDİD – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

İranla ABŞ arasında müharibə ehtimalı artdıqca, rəsmi Tehranın təhdidləri də güclənir.

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Cəlal Dehqani Firuzabadi bildirib ki, ABŞ və İran arasında hər hansı müharibə enerji təhlükəsizliyini təhlükə altına qoyacaq və bu, Hörmüz boğazının bağlanmasına səbəb ola bilər.

O əlavə edib ki, boğaz bağlansa, ilk zərər çəkmiş ölkə Çin olacaq. O iddia edib ki, boğazın bağlanması addımı Çini müharibəyə qarşı çıxmağa məcbur edəcək.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətində önəmli rola sahibdir. Dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən 20%-ə qədəri bu boğazdan keçir. Gündəlik olaraq orta hesabla 17–20 milyon barel neft və kondensat buradan ixrac olunur. Boğazın bağlanması fonunda həmin ərazidən neftin daşınması istər-istəməz müşkül məsələyə çevriləcək. 

Belə vəziyyətdə, neftin qiyməti rekord həddə bahalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hörmüz boğazı bağlanarsa, qiymətlərin rekord həddə çatması realdır, amma bu daha çox qısa müddətli şok effekti olacaq:

“Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyətə malikdir. Qlobal neft ticarətinin təxminən beşdə biri bu dar su yolundan keçir. Körfəz ölkələrinin - xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraqın ixrac etdiyi neft əsasən bu marşrutdan dünya bazarına çıxır. Buna görə də İranın boğazı bağlamaq hədəsi dərhal bazarlarda psixoloji və spekulyativ təsir yaradır”.

Ekspert qeyd edir ki, boğazın bağlanması fonunda neftin qiyməti 120-150, hətta daha yüksək səviyyəyə qədər qalxa bilər:

“Əgər həqiqətən boğaz bağlanarsa və ixrac uzun müddət dayandırılarsa, neftin qiyməti qısa müddətdə kəskin sıçrayış göstərə bilər. Belə olan halda qiymətin bir neçə gün və ya həftə ərzində 120-150 dollar aralığına, hətta panika şəraitində daha yuxarı səviyyələrə qalxması ehtimalı realdır”.

Bununla yanaşı, həmsöhbətimiz boğazın tam və uzunmüddətli bağlanması ehtimalını aşağı qiymətləndirir:

“Çünki bu addım təkcə Qərb ölkələrinə deyil, Asiyanın böyük idxalçılarına, o cümlədən Çin və Hindistana da ciddi zərbə vurar. Bundan başqa, ABŞ və müttəfiqlərinin hərbi-dəniz qüvvələri bölgədə aktivdir və alternativ boru kəmərləri müəyyən həcmdə yükləri yönləndirməyə imkan verir. Uzunmüddətli qiymət səviyyəsi isə böhranın nə qədər davam etməsindən və beynəlxalq reaksiyanın miqyasından asılı olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

End of content

No more pages to load

RADİO