Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ - Bu halda güzəşt olacaq

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilmiş son dəyişikliklər fiziki şəxslərin mobil cihazları ölkəyə gətirməsi ilə bağlı güzəşt mexanizmini tənzimləyir.

Bizim.Media xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeni dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən təqvim ili ərzində bir ədəd mobil cihazın müvafiq hədlər çərçivəsində (fiziki şəxslərin özləri tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı 800 ABŞ dolları, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə gətirilməsi zamanı isə 300 ABŞ dolları) güzəştli qaydada bir dəfə ölkə ərazisinə gətirilməsi imkanları mövcuddur.

“Bir mobil cihazın dəyəri yuxarıda qeyd olunan hədlərdən artıq olduqda güzəşt limitindən artıq hissəsinə gömrük ödənişləri tətbiq edilməklə sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Təqvim ili ərzində bir ədəddən artıq mobil cihazın gətirilməsi zamanı gömrük ödənişlərinin tam həcmdə ödənilməklə sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihazın aksizdən azad olunması Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” dəyişiklikdə əksini tapıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Küləkli havada 1 nəfər həyatını itirib, 4 nəfər isə XƏSARƏT alıb

Küləkli havada 1 nəfər həyatını itirib, 4 nəfər isə XƏSARƏT alıb

Bu əraziyə 36 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 36 sm qar yağıb - FAKTİKİ HAVA

Prezident Əbu-Dabidəki mühüm tədbirdən VİDEO PAYLAŞDI

Prezident Əbu-Dabidəki mühüm tədbirdən VİDEO PAYLAŞDI

Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

Azərbaycanlı aktrisaya baş rol həvalə edildi

Azərbaycanlı aktrisaya baş rol həvalə edildi

Türkiyə ötən il turizmdən nə qədər gəlir əldə edib?

Türkiyə ötən il turizmdən nə qədər gəlir əldə edib?

Ən çox və ən az məscidləri olan bölgələrimiz - SİYAHI

Ən çox və ən az məscidləri olan bölgələrimiz - SİYAHI

Radikal və kriminal təsirlərin gələcəyə vurduğu ZƏRBƏ – Valideyn məsuliyyətsizliyinin QORXUNC FƏSADLARI

Radikal və kriminal təsirlərin gələcəyə vurduğu ZƏRBƏ – Valideyn məsuliyyətsizliyinin QORXUNC FƏSADLARI

Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...

Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...

Bu bölgədə avtomobil yolları buz bağlayıb - FOTO

Bu bölgədə avtomobil yolları buz bağlayıb - FOTO

"Bitcoin" kəskin UCUZLAŞDI

"Bitcoin" kəskin UCUZLAŞDI

Pakistan səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Pakistan səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Mingəçevirdə DƏHŞƏT – Ana və üç övladı dəm qazından zəhərləndi

Mingəçevirdə DƏHŞƏT – Ana və üç övladı dəm qazından zəhərləndi

Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

DTX-nin saxladığı şəxslərə HÖKM OXUNDU

DTX-nin saxladığı şəxslərə HÖKM OXUNDU

Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...

Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...

Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı

Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı

16 kiloqram narkotiki satmaq istəyən şəxs TUTULDU – FOTO/VİDEO

16 kiloqram narkotiki satmaq istəyən şəxs TUTULDU – FOTO/VİDEO

"Coca-Cola"ya görün nələr qatılır? - Həqiqət ortaya çıxdı

"Coca-Cola"ya görün nələr qatılır? - Həqiqət ortaya çıxdı

Qayınatasının şirkəti adından vətəndaşları aladatdı: 237 minlik dələduzluq

Qayınatasının şirkəti adından vətəndaşları aladatdı: 237 minlik dələduzluq

End of content

No more pages to load

RADİO