Əhali niyə dollar satır?

Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci ildə bankların əhaliyə satdığı nağd ABŞ dollarının həcmi illik müqayisədə 45% azalıb, əhalidən banklara satılan dolların həcmi isə 26% artaraq təxminən 2 milyard 85,2 milyon dollara yüksəlib.

Valyuta bazarında müşahidə olunan bu əks istiqamətli dinamika manatla bağlı gözləntilərin dəyişib-dəyişmədiyi, prosesin struktur xarakter daşıyıb-daşımadığı və 2026-cı ildə mümkün risk və imkanların nədən ibarət ola biləcəyi ilə bağlı suallar doğurur.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Kredit.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, əhalinin banklara satdığı dolların həcminin artması və bankların əhaliyə satdığı dolların azalması təsadüfi göstərici deyil və bu proses bir neçə vacib məqamdan xəbər verir. 

Onun sözlərinə görə, mövcud vəziyyət təkcə cari bazar davranışını deyil, eyni zamanda manatla bağlı gözləntiləri və yaxın perspektiv üzrə valyuta bazarının mümkün istiqamətlərini proqnozlaşdırmağa imkan yaradır:

“Bunlardan birincisi odur ki, bu hal ölkədə devalvasiya riskini aşağı salır. Çünki devalvasiya riskini daha çox artıran faktor dollara olan tələbin artmasıdır və artan tələbi qarşılaya bilməyəndə məhz devalvasiya ilə bağlı qərar verilir. Hazırkı vəziyyətdə isə bu devalvasiya riskini aşağı qiymətləndirir. Digər bir məsələdən ki, bu vəziyyət onu göstərir ki, dollarla bağlı bir təşviş yaşanmış psixoloji olaraq insanlar devalvasiya riskini aşağı olduğunu qəbul etmişlər. Yəni bununla bağlı hər hansısa bir panika yoxdur.

Belə mənzərədə bilavasitə insanların daha çox manata üstünlük verməsi, eyni zamanda maliyyə bazarlarında manatın daha çox istifadə edilən alətə çevrilməsi nəticə etibarı ilə zəncirvari qaydada manata olan etibarı yüksəldir”.

Valyuta bazarında əhalinin davranışı ilə bağlı rəqəmlər zahirən sadə görünsə də, prosesin arxasında dayanan səbəblər daha dərindir.

Məsələ təkcə dolların satılması faktı deyil, bu davranışın hansı motivlərdən qaynaqlandığıdır. Görünən səbəblərlə yanaşı, kökündə duran əsas amillərin təhlili bazarda real risklərin olub-olmadığını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

İqtisadçı Eldəniz Əmirov bu məqama xüsusi diqqət çəkərək belə qeyd edib:

“Burada əsas məsələ insanların bu davranışlarının kökündə hansı səbəblərin dayanmasıdır. Yəni görünən səbəblər var, bir də kökdə duran əsas amillər mövcuddur. Mən hesab edirəm ki, əhalinin dollar satmasına əsasən üç səbəb təsir edir.

Birinci səbəb dollarla bağlı qlobal qeyri-müəyyənlikdir. İkinci səbəb manatın uzunmüddətli stabil qalması nəticəsində insanların manata olan inamının artmasıdır. Üçüncü səbəb isə əhalinin artan xərcləri gəlirləri ilə tam qarşılaya bilməməsi fonunda əvvəlki illərdə topladığı dollar ehtiyatlarını satışa çıxarmasıdır.

Bu səbəblərin hər biri bazarın real prosesləridir və burada qorxulu hər hansı məqam yoxdur.

Qeyd etdiyim səbəblər arasında birinci amilin – yəni qlobal səviyyədə dollarla bağlı qeyri-müəyyənliyin – bu prosesdə payının çox aşağı olduğunu düşünürəm. Çünki Azərbaycan əhalisinin qlobal dollar riskləri əsasında davranış formalaşdırmasını real hesab etmirəm”.

Valyuta bazarında müşahidə olunan davranışın davamlılığı ilə bağlı əsas sual ondan ibarətdir ki, bu proses struktur xarakterlidir, yoxsa maliyyə imkanlarının tədricən tükənməsi ilə məhdudlaşan müvəqqəti mərhələdir. İqtisadçı Eldəniz Əmirovun fikrincə, hazırkı mərhələdə prosesin ağırlıq mərkəzi məhz üçüncü səbəb üzərində cəmləşir və bu amil uzunmüddətli riskləri də özü ilə gətirə bilər:

“Düşünürəm ki, hazırda əsas rol üçüncü səbəbə məxsusdur. Digər iki səbəb – manata inamın yüksək səviyyədə olması və manatla olan depozitlər üzrə faizlərin yüksək təklif edilməsi – paralel şəkildə təsir göstərir. Dollar tələbinin azalacağı ehtimalı fonunda insanların manata yönəlməsi və nəticə etibarilə əvvəlki illərdə topladıqları dollar ehtiyatlarını satması bu davranışı formalaşdırır.

Bu prosesin uzunmüddətli davam edəcəyini düşünmürəm.

Çünki insanların yığdığı vəsait sonsuz deyil. Bu vəsait 2026-cı ildə də tükənə bilər, 2027-ci ildə də. Əgər səbəb insanların əlində saxladıqları dolları gündəlik və əsas ehtiyaclarını ödəmək məqsədilə satmasıdırsa, bu riskli vəziyyətdir. Belə bir proses bir neçə il davam edə bilər, lakin davamlı və uzunmüddətli ola bilməz. Əllərdə olan dollar ehtiyatları tükəndikdən sonra isə alıcılıq qabiliyyəti ciddi şəkildə azalacaq. Alıcılıq qabiliyyətinin aşağı düşməsi isə iqtisadiyyatın bütün sektorlarına mənfi təsir göstərəcək”,- deyə iqtisadçı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

End of content

No more pages to load

RADİO