Azərbaycanda donuzların sayı azalıb –RƏQƏMLƏR

Azərbaycanda heyvandarlığın ən marginal sahələrindən biri olan donuzçuluq xəritəsi ildən-ilə daha da daralır. Statistik göstəricilər göstərir ki, bu sahə artıq ölkə üzrə bir neçə rayonla məhdudlaşır, bəzi bölgələrdə isə tamamilə yoxa çıxır.

Regional fərqlər, kəskin azalmalar və lokal artımlar fonunda donuzçuluq həm coğrafi, həm də struktur baxımdan diqqətçəkən mənzərə ortaya qoyur.

Bizim.Media xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən, 2025-ci ilin ilk 9 ayında ölkə üzrə donuzların sayı 3167 baş olub.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 712 baş az deməkdir. Bir il ərzində ölkə üzrə donuzların sayı təxminən 18,4 faiz azalıb.

Donuzların ən çox olduğu bölgələr

Donuzların çoxluq təşkil etdiyi bölgələr içərisində Şəki–Zaqatala iqtisadi rayonu liderdir.

Bu iqtisadi rayonda ümumilikdə 2423 baş donuz var. Bu iqtisadi rayon ölkə üzrə donuzların təxminən 76,5 faizinə sahibdir. Yəni Azərbaycanda olan hər dörd donuzdan üçü məhz bu bölgədədir.
 

Şəki-Zaqatala iqtisadi rayonununa daxil olan bölgələr içərisində ən çox donuz Qax rayonun payına düşür. Belə ki, burada 1684 donuz var. Bu rəqəm Qəbələdə 740, Oğuzda isə 65-dir. Balakən, Şəki və Zaqatalada isə bu göstəricilər sıfıra bərabərdir.Ümumilikdə götürdükdə bu bölgədə donuzların sayı 2024-cü ilin eyni rübü ilə müqayisədə 3,4 faiz azalıb.


Ən çox azalma isə Paytaxtın payına düşür. Bakıda bu il 413 baş donuz Statistika Komitəsi tərəfindən qeydiyyata alınıb. Eyni rəqəm 2024-cü ildə 680 idi. Bu da onu göstərir ki, Bakıda donuzların sayı 39,3 faiz azalıb.

Ümumilikdə artım müşahidə olunduğu iqtisadi rayonlar Şərqi Zəngəzur və Dağlıq Şirvandır.

Şərqi Zəngəzurda donuzların sayı 96 faiz artıb. Belə ki, ötən il adıçəkilən bölgədə donuzların sayı 50 idisə, hazırda bu rəqəm 98-dir.

Qeyd edək ki, bu iqtisadi rayonda bütün baş donuzlar Kəlbəcər rayonun payına düşür.

Dağlıq Şirvanda isə hazırda 222 baş donuz olduğu bildirilir, bu rəqəm ötən ilin eyni dövründə 204 idi. İqtisadi rayona daxil olan Ağsu, İsmayıllı, Qobustan və Şamaxıda bütün donuzların saxlanıldığı bölgə İsmayıllıdır.

Rayonlar üzrə kəskin fərqlər:

Rayon səviyyəsində ən yüksək göstərici yenə Qax rayonuna məxsusdur. Qaxda 1661, Qəbələdə 670, Bakıda isə 413 baş donuz var. Bu üç inzibati vahid birlikdə ölkə üzrə donuzların təxminən 86 faizini təşkil edir.

Ən az donuz olan bölgələr:

2025-ci ilin yanvar–sentyabrında donuzların sayının ən aşağı olduğu ərazilər bunlardır:

Gəncə şəhəri – 2024-də 29 baş olduğu halda, 2025-ci ildə ölkənin ən böyük üçüncü şəhərində donuzlar “yoxa çıxıb”. Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan digər bölgələrdə isə sadəcə Goranboy rayonunda donuzçuluq sahəsi ilə məşğul olurlar. Bu ərazidə ötən il 40, bu il isə 41 baş donuz olub.
 

Şabran rayonunda donuzların sayı ötən illə eynidir. Belə ki, 2024-cü və 2025-ci illərdə bu bölgədə 7 baş donuz qeydə alınıb. Şabran rayonun daxil olduğu Quba-Xaçmaz iqtisadi rayonunda Siyəzən rayonu üzrə donuzların sayı bu il 22, ötən il isə 25 olub. Bu iqtisadi rayona daxil digər bölgələrdə isə donuz yoxdur.


Abşeron – Xızı iqtisadi rayonunda isə donuzların sayı ötən il 20 olduğu halda, bu il azalaraq 18-ə düşüb. Bu iqtisadi rayona daxil olan Sumqayıt, Abşeron və Xızı üzrə aparılan müşahidələr göstərir ki, donuzçuluq təsərrüfatları yalnız Xızı rayonunda mövcuddur, digər ərazilərdə isə bu fəaliyyət növü qeydə alınmayıb.

Qazax-Tovuz iqtisadi rayonunda da donuzların sayında azalma müşahidə olunur. 2025-ci ilin son rəqəmlərinə əsasən bu bölgədə 74 baş, 2025-cü ildə isə 85 baş donuz olub. Donuzların hər biri iqtisadi rayona daxil olan Gədəbəy ərazisində saxlanılır.

Naxçıvan Muxtar Respublikası:

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin 9 ayında 250 baş, 2025-ci ildə isə heç bir donuz qeydə alınmayıb. Qeyd edək ki, ötən il Naxçıvanda Komitə tərəfindən statistikaya salınan bütün donuzlar Babək rayonunun payına düşüb.

Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında da donuzçuluq sahəsi faktiki olaraq mövcud deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO