Kredit borcu bu halda silinə bilər

Bəzən bankdan pul götürmüş vətəndaş müxtəlif səbəblərdən rəsmi işini itirir və bu halda bank qarşısında götürdüyü kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. 

Bəs əgər bank kredit götürən vətəndaşı məhkəməyə versə və onun ödəmə qabiliyyətinin olmadığını təsdiqlənsə, bu halda kredit borcu silinə bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “metbuat.az”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, müştərinin kredit öhdəliyini yerinə yetirə bilməməsi ilə bağlı məhkəmə qərarı ən son mərhələ hesab olunur. 

Bu mərhələyədək kreditin geri qaytarılması üçün bütün mümkün variantlar nəzərdən keçirilir:

"Buraya borcun restrukturizasiyası, daha əlverişli şərtlərin müəyyən edilməsi, mümkün güzəştlərin tətbiqi, borclunun aktivlərinə həbs qoyulması, həmin aktivlərin likvidləşdirilməsi və satılması, eləcə də borc öhdəliyinin zaminə yönləndirilməsi kimi üsullar daxildir. Bu imkanların hamısı məhkəmə prosesi çərçivəsində qiymətləndirilir. Əgər hər hansı səbəbdən borclu kredit qaytarmaq qabiliyyətini tamamilə itirmişsə, məhkəmə birbaşa kreditin silinməsi barədə qərar qəbul etmir. 

Sadəcə olaraq, məhkəmə borcluya öhdəliklərini yerinə yetirməsi üçün vaxt tanıya bilər. Yəni gələcəkdə işlə təmin olunduğu və ya gəlir əldə etdiyi halda, əməkhaqqının və ya gəlirinin müəyyən hissəsinin borcun ödənilməsinə yönləndirilməsi üçün müddət müəyyən edilə bilər".

R.Həsənov qeyd edib ki, kredit borcu ilə bağlı məhkəmə qərarlarında silinmə halları daha çox dəbbə faizlərinin hesablanması və bu kimi texniki məqamlarla əlaqədar olur:

"Ümumilikdə isə məhkəmə prosesinin başa çatmasına baxmayaraq, kreditin geri qaytarılması ilə bağlı konkret qərarın və ya dəqiq vaxtın müəyyən edilə bilmədiyi hallarda həmin kreditlər banklar üçün toksik aktivlərə çevrilir. 

Toksik aktivlərin silinməsi bank qanunvericiliyinə və bankların daxili qaydalarına uyğun olaraq xüsusi reqlamentlə tənzimlənir. Həmin reqlament çərçivəsində bu borclar əsas aktivlər siyahısından çıxarılır. Çünki bu kreditlər artıq ümidsiz borc kateqoriyasına aid edilir və banklar həmin vəsaitlərin geri qaytarılması ilə bağlı gözləntilərini sıfıra endirir. Nəticədə, müvafiq aktivlərin silinməsi yolu ilə banklar öz aktivlərinin sağlamlığını qoruyur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO