BMT-dən HƏYƏCAN TƏBİLİ – Dünya dağıdıcı təhlükə ilə ÜZ-ÜZƏ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Payızın son ayı mülayim keçir. Özü də bu hal təkcə Azərbaycanda deyil, şimal yarımkürəsinin əksər bölgələrində müşahidə edilir. İqlim dəyişməsini daha çox hiss etməyə başlayırıq. Özü də bu həftə Braziliyada öz işinə başlayan COP30 tədbirində də bu haqda bir daha danışılıb. Amma dəyişən təkcə iqlim deyil, qlobal enerji bazarlarındakı proqnozlar da dəyişməyə başlayıb.

Neft dövrünün uzadılması

Beynəlxalq Enerji Agentliyi (BEA) 2050-ci ilə qədər olan dövr üçün qlobal bazarda enerji daşıyıcılarından istifadə ilə bağlı proqnozlarına əməlli-başlı dəyişiklik edib. Bəs belə bir hal nədən qaynaqlanıb? 2015-ci ildə BMT çətiri altında Paris Sazişinin qəbulundan sonra Beynəlxalq Enerji Agentliyi və bir çox qərb institutları “enerji keçidi” prosesinin çox sürətli gedəcəyini ehtimal edirdilər.

Həqiqətən də, 2020-ci ilin sonundadək vəziyyət ümumən bu ssenariyə uyğun inkişaf edirdi. Lakin postpandemiya dövrünün reallığı gündəmə fərqli məsələlər gətirdi: bir tərəfdən dünya iqtisadiyyatı enerji aclığı ilə üzləşdi, digər tərəfdən isə qəfil başlanan Ukrayna müharibəsi onilliklər boyu formalaşmış enerji bazarlarında görünməmiş təlatümlər yaratdı və sonrakı illər yaşananlar artıq Avropanın belə “yaşıl keçid” siyasətini ləngitməyə gətirib çıxartdı.

Günəş və küləyin qeyri-stabilliyi, yəni fasiləli xarakteri, onun bazis enerji rolunu hələlik əvəz edə bilməməsini göstərdi. Kömürdən istifadə heç kəsin proqnoz etmədiyi halda kəskin artmağa başladı. İnkişaf etməkdə olan ölkələr sənayeləşmədə daha çox neft və qaza üz tutdular, çünki bu növ enerji bazarda daha əlçatan olaraq qalmaqdadır.

Bu səbəbdən BEA artıq əvvəlki “pik neft 2030” proqnozundan geri çəkilərək, tələbatın uzunmüddətli artım dövrünə keçidini etiraf etməyə məcbur olub. Yeni proqnoza görə, 2050-ci ilə qədər neftə olan tələbatın gündə 113 milyon barelə çatması gözlənilir. Bir müddət öncə OPEC təhlilçilərinin hazırladığı proqnozda isə ümumiyyətlə, 25 il sonra dünyada gündəlik neft hasilatının 120 milyon barelə qədər artması ehtimal olunurdu.
 

BP şirkəti isə uzunmüddətli dövr üçün proqnozunda bazarda neftə olan yüksək tələbatı nəzərə alaraq 2050-ci ildə gündəlik hasilatın 115 milyon barel ətrafında olacağını təxmin edir. Bu il üçün isə son korrektələrdən sonra bu göstəricinin 103,8 milyon barel təşkil edilməsi gözlənilir.


Bu, açıq şəkildə göstərir ki, qlobal enerji balansı hələ də uzun müddət neft və qaz üzərində qurulacaq. Texnologiya və siyasət “yaşıl keçid”i mümkün qədər təşviq etsə də, iqtisadi inkişafın, sənaye istehsalının və nəqliyyatın əsas yükünü neft və qazdan alınan yanacaq daşıyacaq.

Paris Sazişindən keçən 10 il göstərdi ki, yaşıl enerji məsələsi inkişaf etmiş ölkələr üçün daha çox siyasi və imic məqsədi daşıyıb, iqtisadi və texnoloji əsasları isə yetərincə dayanıqlı olmayıb. BEA-nin öz mövqeyinə korrektə etməsi bu reallığın rəsmi etirafıdır. Əslində bu proqnoz Paris Sazişindən sonra formalaşan “yaşıl romantizmin” artıq reallıqla əvəz olunduğunun göstəricisidir. Yəni, neft və qaz təkcə 2030-cu illərə qədər deyil, 2050-dən sonra da dünya enerji sisteminin dayağı olaraq qalacaq.

Ənənəvi enerjinin liderliyi

Yeni proqnozlara görə, 2010-2050-ci illərdə dünya enerji balansında neftin payı 33%-dən 27%-dək azalmağa doğru gedəcək, əvəzində alternativ enerji mənbələrindən alınan enerjinin xüsusi çəkisinin 40 il ərzində 16%-dən 30%-dək artımı müşahidə ediləcək. Bəli, bu müddətdə kömür qlobal bazarda özünün mövqelərini kifayət qədər sürətlə itirəcək və məhz 2025-ci ilin yekununda təbii qazın kömürlə bazar payının bərabərləşəcəyi proqnoz edilir. XXI əsr başlayandan indiyə qədər hər dəfə mavi yanacağın kömürü üstələyəcəyinə dair proqnozlar verilsə də, bunlar həyata keçməmişdi.
 

Qayıdıram yenə 25 il sonra dünya bazarının bölüşdürülməsi məsələsinə. Yeni proqnozlar ilk yerdə bərpa olunan enerji mənbələrini ortaya çıxartsa da, amma digər tərəfdən biz gündəlik neft hasilatının indikindən 11-16 milyon barel daha çox olması ilə qarşılaşa bilərik.


Başqa bir tərəfdən isə dünya enerji balansında ənənəvi enerji, yəni neft, qaz və kömür birlikdə 70% paya malik ola bilər. Deyək ki, yaşıl enerji üzrə texnoloji və maliyyə həlləri daha təkmil oldu və onun tətbiqi üçüncü dünya ölkələrində belə sürətlə yayıldı. Amma yenə də istənilən halda enerji balansının yarısı və ya daha çoxu ənənəvi yanacağın payına düşəcək. Amma hələ 5 il əvvəl tam başqa şeylər güman edilirdi.      

Ona görə də düşünürəm ki, “dekarbonizasiya” hədəfləri ekoloji ideya kimi qalır, lakin iqtisadi reallıq onlara çatmağa imkan vermir. Qlobal enerji siyasəti ideoloji çağırışlardan çox enerji təhlükəsizliyi və sabitlik prinsiplərinə yönəlməyə başlayır. Bu isə öz növbəsində, Azərbaycan kimi enerji ixracatçısı ölkələr üçün qlobal bazarda yeni bir imkanın açılmasıdır - çünki neft və qaz hələ bir neçə onillik dünya iqtisadiyyatının təməl komponenti kimi çıxış edəcək.

Baş katibin etirafı

Elə Braziliyada keçirilən COP30 tədbiri ərəfəsində BMT Baş katibi Antonio Quterreş də dünyada son zamanlar baş verənlərə nəzər yetirərək məyusluqla bildirib ki, "Gəlin uğursuzluğumuzu etiraf edək. 1,5°C həddini aşmaq dağıdıcı nəticələrə səbəb olacaq". Baş katib belə bir vəziyyətin səbəbini milli səviyyədə müəyyən olunmuş töhfələrin çatışmazlığı ilə əlaqələndirib. Hazırda cəmi 62 ölkə öz iqlim planlarını BMT-yə təqdim edib.

COP30-da Azərbaycanın təklifləri

COP29-un prezidenti Muxtar Babayev COP30 konfransının açılışında iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib. O, donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi "Bakı Maliyyə Məqsədi" də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən "hesab-faktura" təqdim edib.

Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icra olunması tələb olunur. Sənədə əsasən beynəlxalq donor ölkələr bir sıra maliyyə öhdəliklərini yerinə yetirməlidirlər. Belə ki, adaptasiya maliyyəsi ikiqat artırılmalıdır – illik 40 milyard dollar, iqlim fondları 2030-dək üçqat artırılmadır – illik 5,1 milyard və inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsait səfərbər olunmalıdır.

COP29-un baş danışıqçısı, XİN müavini Yalçın Rəfiyev isə öz növbəsində Braziliyada Azərbaycanın yeni "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə"sini təqdim edib.
 

“Ölkəmiz 2050-ci ilə qədər emissiyaların azaldılması üzrə əvvəlki hədəfini on beş il qabaqlamaqla, 2035-ci ilə qədər 40% azaltma öhdəliyi götürür. Bu, ambisiyalarda irəliyə doğru əhəmiyyətli addımdır və Azərbaycanın iqlim fəaliyyətinə və davamlı gələcəyə qəti sadiqliyini təsdiqləyir", - deyə Rəfiyev bildirib.


COP30 çərçivəsində "Enerji Keçidi" mövzusunda tematik sessiyada çıxışında Milli Məclisin sədri Sahibə Qafarova bəyan edib ki, Azərbaycanın bərpa olunan enerji resurslarımızın texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt, bu resursların kommersiya potensialı isə 27 QVt səviyyəsində qiymətləndirilir. Hazırda bərpa olunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən 18,8 faizini təşkil edir ki, bu da təqribən 1,8 QVt-a bərabərdir. 2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Çinlə “yaşıl enerji” əməkdaşlığı

Azərbaycan hökuməti bu deyilənləri bu həftə daha bir əməli addımı ilə sübut etdi. Belə ki, noyabrın 12-də Bakıda Azərbaycan Respublikasının Energetika Nazirliyi, Çin Xalq Respublikasının “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında “Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi” imzalanıb.

Qeyd edim ki, bir il əvvəl 14 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində Energetika Nazirliyi ilə sözügedən Çin şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanmışdı. Hazırda bu əməkdaşlığın kommersiya sazişi səviyyəsinə qədər inkişaf etdirilməsi Çinin Azərbaycanın yaşıl enerji layihələrinə olan real marağının göstəricisidir. 

SOCAR-ın artan reytinqi

Yola saldığımız həftə "Standard and Poor's" ("S&P) beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin uzunmüddətli kredit reytinqini və təminatsız borc reytinqini "BB-" səviyyəsindən "BB" səviyyəsinə yüksəltdiyini bəyan edib.
 

Beləliklə, SOCAR-ın “BB” səviyyəsinə qalxması göstərir ki, maliyyə və idarəetmə cəhətdən müəyyən düzəlişlər və yaxşılaşmalar var, bundan sonrakı mərhələdə bu yaxşılaşmalar davamlı olarsa, onda şirkət “tam rahatlıqla borc ödəyə bilər” statusuna keçid edə bilər.


Bu isə SOCAR üçün bir sıra üstünlüklər verir. Reytinqi artan bir şirkət bazarda borc alarkən daha aşağı faizlə bunu həyata keçirə bilər, çünki kredit verənlər üçün risk dərəcəsi azalmış hesab edilir. Bu isə SOCAR-ın gələcək borc yükünü idarə etmə şansını artırır. Reytinqin yüksəlməsi bazar üçün siqnaldır – idarəetmə, maliyyə şəffaflığı və likvidlik mövqeyi yaxşı istiqamətdə dəyişir. Xüsusilə beynəlxalq investorlar üçün “risk səviyyəsinin bir qədər azaldığı” mesajı verir. Bu, SOCAR-ın gələcək layihələrində xarici maliyyəçi cəlb etməsini asanlaşdıra bilər.

Beynəlxalq reytinq dərəcəsinin artımı həm də likvidlik və dayanıqlılıq göstəricilərinin təsdiqi deməkdir. Bu isə şirkətin borc ödəmə qabiliyyətinin müəyyən səviyyədə dayanıqlı olduğunu göstərir.

Qeyd edim ki, SOCAR son iki ildə Azərbaycandan kənardakı fəaliyyətini genişləndirir, əsasən də kəşfiyyat və hasilat layihələrində daha aktivdir. Şirkət İsraildə, Birləşmiş Ərəb Əmirliklərində və Özbəkistanda layihələrə qoşulub. Təbii ki, bu layihələr yatırımlar tələb edir. Yüksək kredit reytinqi isə məhz xarici maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsini asanlaşdıran vasitədir.
 

"Standard and Poor's" agentliyinin baza ssenarisinə əsasən, 2025-2027-ci illərdə SOCAR əsaslı xərclərə illik olaraq təxminən 3 milyard manat vəsait yönəldəcək ki, bu da son iki ilin göstəricilərindən yüksəkdir.


Beləliklə, Azərbaycan həm ənənəvi enerji, həm də yaşıl enerji üzrə layihələrin icrasını özünün davamlı fəaliyyəti kimi gündəmdə saxlayır, onları inkişaf etdirir və qlobal bazarın imkanlarından yararlanmaq yönümündə addımlar atır. Necə deyərlər enerji seqmentinin bütün sahələri üzrə irəliləməyə çalışır, çünki onlarda qazanc var, özü də yaxşı qazanc. Elə isə nədən o qazancdan yararlanmayasan?

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehdiabadda kafe sahibi hesab davası etdi, adam bıçaqladı – TƏFƏRRÜAT

Mehdiabadda kafe sahibi hesab davası etdi, adam bıçaqladı – TƏFƏRRÜAT

Renat Dadaşov Fransa ilə oyunun ƏN YAXŞISI OLDU

Renat Dadaşov Fransa ilə oyunun ƏN YAXŞISI OLDU

Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət

Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət

Sosial şəbəkələrdə yüzlərlə şəxsi aldadaraq pul alan 4 nəfər tutuldu – FOTO/VİDEO

Sosial şəbəkələrdə yüzlərlə şəxsi aldadaraq pul alan 4 nəfər tutuldu – FOTO/VİDEO

Gəndab kəndində “44” abidəsi istifadəyə verildi - VİDEO

Gəndab kəndində “44” abidəsi istifadəyə verildi - VİDEO

Bakıda maşın oğruları SAXLANILDI

Bakıda maşın oğruları SAXLANILDI

Naxçıvanda müəllimin şagirdi döyməsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Naxçıvanda müəllimin şagirdi döyməsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Azərbaycan XİN: Son beş ildə 412 nəfər mina qurbanı olub – FOTO

Azərbaycan XİN: Son beş ildə 412 nəfər mina qurbanı olub – FOTO

Soyuq Müharibənin YENİ VERSİYASI – Çin və Rusiya Amerikaya necə MEYDAN OXUYUR?

Soyuq Müharibənin YENİ VERSİYASI – Çin və Rusiya Amerikaya necə MEYDAN OXUYUR?

Regionun siyasi arxitekturasında YENİ MƏRHƏLƏ – "Azərbaycan Mərkəzi Asiyanın ayrılmaz tərəfdaşına çevrilib"

Regionun siyasi arxitekturasında YENİ MƏRHƏLƏ – "Azərbaycan Mərkəzi Asiyanın ayrılmaz tərəfdaşına çevrilib"

Azərbaycan neft ixracını ARTIRIB

Azərbaycan neft ixracını ARTIRIB

"Uzak şehir"də böyük sirr ortaya çıxır

"Uzak şehir"də böyük sirr ortaya çıxır

Banqladeşin sabiq Baş naziri edam cəzasına məhkum edildi

Banqladeşin sabiq Baş naziri edam cəzasına məhkum edildi

“Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi” – NAZİRLİK

“Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi” – NAZİRLİK

Emil Mustafayevin Ukraynadan çıxışına icazə verilmir – DETALLAR

Emil Mustafayevin Ukraynadan çıxışına icazə verilmir – DETALLAR

Parisin küçələri zibil poliqonuna bənzəyir – Bir həftədir DAŞINMIR

Parisin küçələri zibil poliqonuna bənzəyir – Bir həftədir DAŞINMIR

İranda molla Çin dilində azan oxudu – VİDEO

İranda molla Çin dilində azan oxudu – VİDEO

“KIZILELMA” döyüş PUA-sının 5-ci prototipinin sınaqları keçirildi - VİDEO

“KIZILELMA” döyüş PUA-sının 5-ci prototipinin sınaqları keçirildi - VİDEO

Çin avtomobil ixracı qaydalarını SƏRTLƏŞDİRDİ – Bu maşınları gətirmək MÜMKÜN OLMAYACAQ

Çin avtomobil ixracı qaydalarını SƏRTLƏŞDİRDİ – Bu maşınları gətirmək MÜMKÜN OLMAYACAQ

İcra Hakimiyyətindəki qəbulda qalmaqal - Vəzifəli şəxs başçının müavininə hücum etdi

İcra Hakimiyyətindəki qəbulda qalmaqal - Vəzifəli şəxs başçının müavininə hücum etdi

“Mado”da müştərinin bahalı çantası oğurlandı

“Mado”da müştərinin bahalı çantası oğurlandı

Güclü fırtına argentinalıları qorxuya saldı – ANBAAN VİDEO

Güclü fırtına argentinalıları qorxuya saldı – ANBAAN VİDEO

Tom Kruz ilk dəfə “Oscar” mükafatı aldı – VİDEO

Tom Kruz ilk dəfə “Oscar” mükafatı aldı – VİDEO

Onlar hələ də nizə və oxlarla döyüşürlər – ANBAAN VİDEO

Onlar hələ də nizə və oxlarla döyüşürlər – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO