Deputat: “O zaman açıq deyilsin ki, bizə kino lazım deyil”

2026-cı ilin dövlət büdcəsində Maliyyə Nazirliyinin kino sektoruna heç bir vəsait ayırmaması bu sahəyə etinasızlıq kimi qiymətləndirilməlidir.

Bizim.Media xəbər verir ki, bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə parlamentdə 2026-cı il büdcə zərfinin müzakirələri zamanı bildirib.

Deputat qeyd edib ki, bu qərar son illərdə ölkədə kinonun inkişafı istiqamətində atılmış addımların davamlılığına və səmərəliliyinə mənfi təsir göstərə bilər:

“Mövcud vəziyyət kinonun inkişafı sahəsində az da olsa əldə olunmuş dinamikanın davam etdirilməsini sual altına qoyur. Davamlılıq yoxdursa, onu durğunluq əvəz edəcək, nəticədə əvvəlki səylərin effektivliyi azalacaq. Xarici istehsalçıları Azərbaycanda çəkilişə təşviq edən festival və tədbirlər də təxirə düşəcək. Bu isə həm çəkilmiş xərclərin geri dönüşünü çətinləşdirəcək, həm də kino industriyasının ÜDM-dəki payının azalmasına gətirib çıxaracaq.”

Əlibala Məhərrəmzadə bildirib ki, kino hələ də ciddi ideoloji və təbliğat vasitəsi olaraq əhəmiyyətini qoruyur.

Onun sözlərinə görə, Türkiyənin təcrübəsi bu sahəyə yanaşmanın vacibliyini aydın şəkildə göstərir:

“Son on ildə Türkiyədə istehsal olunan filmlər vasitəsilə həm milli tarix yenidən təqdim olundu, həm də cəmiyyətin öz köklərinə bağlılığı möhkəmləndi. Kino eyni zamanda ölkənin mədəniyyətini dünyaya tanıtdı, on minlərlə yeni iş yeri yaratdı və gəlirli sənayeyə çevrildi. Bir filmin çəkilişi və post-prodakşn prosesi təqribən 200 nəfərin məşğulluğu deməkdir. Azərbaycanda da bu yanaşmaya ciddi ehtiyac var. Xüsusilə Zəfərdən sonra yeni mərhələyə qədəm qoyan güclü, müstəqil Azərbaycan üçün bu məsələ daha da aktuallaşır”.

Deputat hesab edir ki, qarşıdakı 2026–2027-ci illərdə Azərbaycan dövlətçiliyi, tarixi və mədəniyyətinin təbliği məqsədilə müxtəlif mövzularda ən azı 10 film layihəsi reallaşdırılmalıdır:

“Əlbəttə, investisiyaların cəlbi və özəl sektorun fəallaşdırılması vacibdir, lakin dövlət dəstəyi də qaçılmazdır. Biz Mədəniyyət komitəsi olaraq bu məsələdə prinsipial olmalı və həmkarlarımızın biganə qalmamasını təmin etməliyik”.

Ə.Məhərrəmzadənin sözlərinə görə, 2023–2025-ci illər ərzində dövlət sifarişi ilə 71 film layihəsinin istehsalına başlanılıb, bunlardan 41-i artıq tamamlanıb, 30-u isə istehsalat mərhələsindədir.

Deputat bu göstəricini indiki şəraitdə normal dinamika kimi qiymətləndirib:

“Milli dəyərlərimiz, tarixi şəxsiyyətlərimiz, o cümlədən Hacı Zeynalabdin Tağıyev kimi simalar haqqında filmlər xüsusi əhəmiyyət daşıyır. Lakin unutmamalıyıq ki, keyfiyyət birbaşa maliyyə təminatından asılıdır”.

Deputat əlavə edib ki, kino istehsalının artması ölkənin qlobal innovasiya indeksinə də müsbət təsir göstərir.

Onun təqdim etdiyi rəqəmlərə görə, son iki ildə kino sənayesi sahəsində 1570 yeni iş yeri yaradılıb:

“Film istehsalının davamı bu rəqəmi daha da artıracaq. Yeni texnologiyalar tətbiq olunur, təcrübə artır, kadr potensialı formalaşır. İndi süni intellekt də bu sahədə aparıcı rol oynayır. Çəkilişlə yanaşı, təlimlərə də geniş yer verilməlidir. Kino sektoruna innovativ texnologiyaların gətirilməsi üçün xüsusi yol xəritəsi hazırlanmalı, film parklar və tarixi pavilyonlar inşa edilməlidir. Əsgəran və Şahbulaq kimi ərazilərdə belə komplekslər həm kino, həm də turizm baxımından faydalı ola bilər”.

Deputat sonda qeyd edib ki, kino sənayesinin inkişafı üçün xaricdə təhsil proqramları, ssenari müsabiqələri və yeni yaradıcılıq laboratoriyaları yaradılmalıdır:

“Sovet dövründə müəyyən mənada bu məktəb var idi, indi onu yenidən formalaşdırmaq lazımdır. Çünki dünya kinematoqrafiyasında rəqabət çox böyükdür. Kino sahəsində onlayn platformaların yaradılması da vacibdir. Amma bütün bunlar həm fədakarlıq, həm də maliyyə dəstəyi tələb edir. Əgər bu sahəyə vəsait ayrılmırsa, o zaman açıq deyilsin ki, bizə kino lazım deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO