Bakıda Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli dəyirmi masası keçirildi - FOTO

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ərəb Koordinasiya Qrupunun (ƏKQ) Yüksək Səviyyəli Dəyirmi Masası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli nümayəndə heyətini ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edib.

Azərbaycanın Qrupa daxil olan institutlarla səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu vurğulayıb.

Bildirilib ki, İslam İnkişaf Bankı (İİB) və OPEC Fondu ölkəmizdə dayanıqlı inkişaf, sosial rifahın artırılması və iqtisadi infrastrukturun gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsində iştirak edib, həmçinin Qrupa daxil olan digər üzv qurumların ölkəmizdə həyata keçirilən layihələrə qoşularaq Azərbaycanın sosial-iqtisadi tərəqqisinə töhfələr veriblər.
 

İqtisadiyyat naziri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verərək, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və əldə edilən nəticələr barədə məlumat verib.


Həmçinin, işğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərin iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, sahibkarlıq fəaliyyətinin təşviqi üçün tətbiq edilən güzəşt və stimullar, Qarabağ və Şərqi Zəngəzurun geniş iqtisadi potensialı qonaqların diqqətinə çatdırılıb.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan və ƏKQ arasında möhkəm tərəfdaşlığı qeyd edib. Əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Dəyirmi masanın qarşılıqlı fəaliyyətin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Bankın Azərbaycanla güclü infrastrukturun qurulması, istehsal potensialının reallaşdırılması, rəqəmsal transformasiya və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə perspektiv layihələrdə iştirakda maraqlı olduğu qeyd edilib.

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə Fondun Azərbaycanla əlaqələrinin möhkəm etimada əsaslandığını vurğulayıb.

Enerji, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində işbirliyi qeyd edilib. Fondun infrastrukturun inkişafı, ətraf mühitin qorunması, ərzaq təhlükəsizliyi və digər prioritet sahələrdə tərəfdaşlığa önəm verdiyi diqqətə çatdırılıb. Qurumun Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə önəm verdiyi bildirilib.

Tədbirdə çıxış edən Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi bildirib ki, son illər Azərbaycan və Birləmiş Ərəb Əmirlikləri arasında güclü iqtisadi tərəfdaşlıq münasibətləri formalaşıb və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
 

Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad Azərbaycanla dostluq və etimada əsaslanan tərəfdaşlığın mövcud olduğunu qeyd edib. Bugünkü görüşdən sonra qarşılıqlı münasibətlərdə ölkəmizin milli inkişaf hədəflərinə uyğun yeni mərhələnin başlanacağına və əməkdaşlığın daha sıx şəkildə inkişaf edəcəyinə inandığını vurğulayıb.


Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoru vəzifəsini icra edən Valid Əl-Bahar Fondun əsas missiyasının üzv ölkələrin və tərəfdaş dövlətlərin iqtisadi və sosial inkişafına dəstək vermək olduğunu bildirib.

Qeyd edilib ki, Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan ölkəmiz zəngin təbii sərvətlərə, məhsuldar torpaqlara və yüksək ixtisaslı insan resurslarına malikdir. Azərbaycanla iqtisadi şaxələndirmə, sosial-inkişafın təmin edilməsi, eləcə də texniki yardım istiqamətində əməkdaşlığın genişlədirilməsi üçün böyük potensial mövcuddur.

Dəyirmi masa çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dayanıqlı inkişaf, şəhərsalma, su ehtiyatlarının idarə edilməsində səmərəliliyin artırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi ilə bağlı layihələr barədə məlumat verilblər. Dəyirmi masa çərçivəsində perspektiv layihələrlə bağlı təqdimatlar nümayiş etdirilib.

Dəyirmi masa çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir, OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoru Valid Əl-Bahar imzalayıblar.

Niyyət Bəyannaməsinə əsasən tərəflər “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədinə uyğun olaraq Azərbaycan Respublikasında infrastruktur layihələrinə Ərəb Koordinasiya Qrupunun üzv qurumları tərəfindən güzəştli maliyyələşmə imkanlarının cəlb olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi niyyətlərini ifadə ediblər. Sənəd həmçinin, məlumat və təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın təşviqini nəzərdə tutur.
 

Daha sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi imzalayıblar.


İmzalanmış sənədlər Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə tərəfdaşlığını yeni mərhələyə yüksəldərək birgə fəaliyyətin səmərəliliyinin artırılması, işgüzar platformaların və investisiyaların təşviqi üçün yeni mexanizmlərin yaradılmasını əhatə edir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO