Naxçıvanın 2026-cı il üçün büdcə layihəsi MÜZAKİRƏ EDİLDİ

Naxçıvan Muxtar Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsi ilə bağlı müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə muxtar respublikanın Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının, həmçinin regional və beynəlxalq müstəvidə atılan uğurlu addımların yeni reallıqlar yaratdığını və bunun növbəti dövrlərdə Azərbaycanın yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirdiyini bildirib.


Qeyd edilib ki, muxtar respublika ölkəmizdə müəyyənləşdirilmiş ümumi inkişaf konsepsiyasından kənarda qalmır. Bu çərçivədə dövlət büdcəsi hökumətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində əsas idarəetmə alətidir və büdcənin hazırlanması prosesində səmərəlilik və prioritetlərin düzgün müəyyən edilməsi əsas prinsip kimi qəbul olunmalıdır.

Eyni zamanda, büdcənin gəlir mənbələrinin diversifikasiyası, yerli resursların daha səmərəli istifadəsi və fiskal sabitliyin qorunması vacib amildir.

O vurğulayıb ki, 2026-cı il büdcə layihəsində əsas məqsəd iqtisadi artımı stimullaşdırmaq, sosial rifahı yüksəltmək və infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirlər həyata keçirməkdir.
 

Diqqətə çatdırılıb ki, qarşıdakı il üçün büdcə siyasəti Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın hədəf və prioritetlərinə tam uyğun şəkildə formalaşdırılmalıdır.


Ceyhun Cəlilov bildirib ki, 2026-cı ilin büdcəsində sosial istiqamətlərin gücləndirilməsi ön planda olacaq. Xüsusilə təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və sosial müdafiə sahələri əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu sahələrdə infrastrukturun təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.

Müşavirə zamanı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək büdcə layihəsində planlaşdırılan gəlir və xərclər, əsas investisiya istiqamətləri, iqtisadi sektorlar üzrə prioritetlər barədə geniş məlumat veriblər.
 

Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib. Həmçinin muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi üçün dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.


Müşavirənin yekununda Naxçıvan Muxtar Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin Ali Məclisə təqdim edilməsi barədə qərar qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO