Bakıda ən bahalı kitab NEÇƏYƏDİR? – Nəşriyyatlardan AÇIQLAMA

Ötən həftə Bakıda XI Beynəlxalq kitab sərgisi keçirilib. Sərgidə müxtəlif mövzunu əhatə edən kitablar oxuculara təqdim edilib. Həm uşaqlar, həm böyüklər üçün tarixi, elmi, bədii kitablar sərgilənib.

Kitablar arasında dünya ədəbiyyatı nümunələrindən tərcümələr də yer alıb. Qiymətlərə gəldikdə isə sərgi olduğu üçün alıcılara endirim edilirdi. Rəfləri, piştaxtaları müxtəlif qiymətə satılan kitablar bəzəyirdi.

Bəs maraqlıdır ki, Azərbaycanda ən baha kitabın qiyməti nə qədərdir?

Bizim.Media bunu öyrənmək üçün bir neçə nəşriyyatla əlaqə saxlayıb.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu saytımıza açıqlamasında ən baha kitabın qiymətini açıqlayıb:

“Ən baha kitab “Azərbaycan qrafik dizayn tarixi 1875-1990” kitabıdır. Kitab 1875-1990-cı illəri əhatə edir və qiyməti 120 manatdır”.

Qeyd edək ki, kitabın müəllifi azərbaycanlı qrafik dizayner, rəssam Rəsul Həsəndir. 400 səhifəlik kitabın hazırlanmasına 3 il zaman sərf olunub. Kitabda bir neçə ölkənin arxivindən toplanmış 3000-dən çox vizual məlumat yer alıb. Kitabın ikinci hissəsinin də nəşri planlaşdırılır.

“Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu isə çap etdikləri ən baha kitabın qiymətinin 35 manat olduğunu qeyd edib:

“Türk dövlətləri və mədəniyyətləri tarixi” kitabı ən baha kitab hesab olunur. Kitabın iki müəllifi var, bunlar Əkbər Nəcəf və Telman Nüsrətoğludur. Kitabın qiyməti isə 35 AZN-dir”.

Qeyd edək ki, sözügedən kitab 1128 səhifədən ibarətdir. Kitab XX əsrin əvvəllərinə qədər ümumi türk tarixini əhatə edir. Kitab ixtisas müəllimləri, universitet tələbələri, həmçinin, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Altun kitab” nəşriyyatının rəhbəri Rafiq İsmayılov isə ən bahalı kitabın uşaqlar üçün nəşr edilmiş kitab olduğunu bildirib:

“Ən baha kitab 15 manatdır. Bu, uşaq kitabıdır. Nəfis nəşrlə, tam rənglidir, səhifələri kardon olduğu üçün baha sayılır. Kitab həm də Çində çap olunub”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

End of content

No more pages to load

RADİO