Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupu yaradılacaq - FOTO

Azərbaycan və Oman arasında İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb.

Bizim.Media xəbər verir ki, İşçi Qrupunun fəaliyyətinə hər iki ölkənin özəl sektor təmsilçilərinin cəlb olunması planlaşdırılır.
 

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana səfəri çərçivəsində investisiya və ticarət əməkdaşlığına həsr olunan Azərbaycan-Oman işgüzar dəyirmi masa çərçivəsində qərar verilib.


M. Cabbarov Azərbaycanın biznes və investisiya imkanları, Omanlı sərmayədarların bu imkanlardan yararlana biləcəyi əsas istiqamətləri nəzərə çatdırıb.

Qeyd olunub ki, yeni reallıqlar şəraitində mühüm nəqliyyat və logistika mərkəzinə çevrilən Azərbaycanın iqtisadi potensialı daha da artır və regional inteqrasiyanın güclənməsi üçün yeni imkanlar açılır.

Vurğulanıb ki, birgə fəaliyyətin prioritetlərindən biri biznes əlaqələrini ortaq maraqlara xidmət edən, iqtisadiyyatlarımızı şaxələndirən və regional tərəfdaşlığı möhkəmləndirən perspektivli layihələrlə gücləndirməkdir. Görüşdə "KOB Evləri" modeli üzrə təcrübə mübadiləsinin təşkilinin, yaşıl enerji keçidini sürətləndirən həllərin və rəqəmsal transformasiya sahəsində birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti qeyd olunub.
 

Oman Sultanlığının ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Mohammed Al Yousef Oman və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Bildirilib ki, enerji, investisiya, turizm, infrastruktur və yüksək texnologiyalar sahələrində tərəfdaşlığın dərinləşdirilməsi hər iki ölkənin dayanıqlı inkişaf məqsədlərinə xidmət edir.


Tədbirdə investisiya əməkdaşlığının inkişafı üçün Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb. İşçi Qrupunun fəaliyyətinə hər iki ölkənin özəl sektor təmsilçilərinin cəlb olunması planlaşdırılır.

Azərbaycan-Oman işgüzar dəyirmi masasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "Invest Oman" platformasının nümayəndəsi Juhaina Al Balushi ölkələrimizin biznes və investisiya mühiti haqqında təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Oman Ticarət və Sənaye Palatası (OCCI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Oman İnvestisiya Bankının baş icraçı direktoru Məhəmməd Al Habsi ilə keçirilən görüşdə Azərbaycan və Oman Sultanlığı arasında iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı investisiya əlaqələrinin şaxələndirilməsi və bank-maliyyə sektorunda tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Maliyyə və investisiya əməkdaşlığının yeni mərhələyə keçidi, həmçinin Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun yaradılması bu istiqamətdə mühüm addım kimi dəyərləndirilib.

Tərəflər müasir istehsal infrastrukturunun qurulmasının, dövlət-özəl tərəfdaşlığının təşviqinin və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqinin əhəmiyyətini qeyd edib, maliyyə institutları arasında birgə layihələrin və investisiya fondlarının formalaşdırılmasının regional iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcəyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Oman Sultanlığının ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Məhəmməd Al Yousef ilə görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli ticarət əlaqələrinin şaxələndirilməsi, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, iş adamları arasında əməkdaşlıq platformalarının yaradılması istiqamətində təşəbbüslərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
 

Qeyd olunub ki, müasir ticarət və sənaye zonalarının formalaşdırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiyaların təşviqi və elektron ticarətin inkişafı istiqamətində geniş əməkdaşlıq imkanları mövcuddur.


Görüşdə həmçinin, iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı ətrafında müzakirələr aparılıb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

End of content

No more pages to load

RADİO