Rəqəmsal dünyanın SƏNƏT ƏSƏRLƏRİ – NFT-lər nədir, çirkli pullar burada necə yuyulur?

NFT (Non-Funigible Token – Dəyişməz Pul) son illərdə rəqəmsəl dünyanın ən çox müzakirə olunan mövzularından birinə çevrilməyi bacarıb.

Belə ki, kriptovalyutalarla bənzər özəlliklərə sahib NFT dəyərə malik və toplana bilən rəqəmsal aktiv hesab olunur. İstənilən sənət əsəri, foto, video, tvit yaxud da vebsayt NFT ola bilər. Bu anlayışı rəqəmsal dünyada kolleksiya dəyərinə malik olan hər hansı aktiv kimi də müəyyən etmək olar.

NFT-nin real həyatdakı qarşılığı kimi ötən on illiklərdə son dərəcə populyar olan futbolçu kartlarını nümunə göstərə bilərik.

Bəzən kolleksionerlər, bu kartları əldə etmək üçün astronomik məbləğlər ödəməyə belə hazır idilər. Oxşar vəziyyət NFT-lər üçün də keçərlidir. Bəzi hallarda, rəqəmsal sənət əsərləri 100 milyonlarla dollara satışa çıxarılır. “Dəyişməz pul”  tam rəqəmsal aktivlərdir və onun dəyəri unikallığından irəli gəlir. Yəni, siz NFT satın aldığınız zaman heç kimdə olmayan bir rəqəmsal aktiviniz olacaq.

NFT istifadəsi ilk olaraq 2015-ci ildən populyarlaşmağa başlasa da, son dönəmlərdə ona maraq xeyri artıb.

Kriptovalyutalarda olduğu kimi NFT-nin də özünəməxsus “blockchain”i var. Blokçeyn sadə dillə izah etsək, rəqəmsal dünyanın valyuta əməliyyatlarının əlaqələndirilməsi konsepsiyasıdır. Blokçeyn faktiki olaraq bankların pul köçürmə əməliyyatını həyata keçirməyə imkan yaradır. Lakin banklardan fərqli olaraq, “blockchain” əməliyyatları internet üzərindən açıq şəkildə həyata keçirir.
 

NFT-i kriptovalyutalar kimi fəaliyyət göstərsə də, “non-funigible” (dəyişməz) olması onun əsas fərqli cəhəti hesab olunur. Bu sənətçilərin yaratdığı məhsulu daha unikal edərək, onun qiymətli olmasına imkan verir.


NFT-nin müsbət və mənfi tərəfləri

NFT-nin sənətçilər, xüsusilə də rəssamlar üçün ən müsbət cəhəti ondan ibarətdir ki, onlar öz əsərlərini satmaq üçün qalereyalara ehtiyac duymurlar və birbaşa olaraq NFT kimi alıcıya sata bilirlər.

NFT-nin digər müsbət cəhəti isə, yaradıcısı ilə bağını daima saxlamasıdır. Belə ki, rəssamlar adi qaydada əsərlərini satdıqdan sonra, onunla əlaqələri tamamilə kəsilir və növbəti satışlardan hər hansı formada qazanc əldə edə bilmir. NFT kimi satıldıqda isə, ilk sahibin məlumatları daimi olaraq saxlanılır və növbəti satışlarda da müəllifə müəyyən faiz ödənilir.

Lakin NFT-nin müsbət tərəfləri ilə yanaşı mənfilərini də gözardı etmək olmaz.

1. NFT-lər sənət əsərini satışa çıxaran şəxsin onun müəllifi olduğunu təsdiq etmir. Bu isə saxtakarlıq ehtimallarını artırır.

2. NFT-lərin ətraf mühitə vurduğu dolayı zərəri də yaddan çıxarmaq olmaz. Belə ki, NFT-ləri dəstəkləyən bloçeynə malik “Ethereum” kimi kriptovalyutaların əldə edilməsinə ciddi miqdarda enerji sərf olunur. Qeyd edək ki, təkcə “Ethereum” blokçeyni hazırda 30 teravatt/saat enerji istifadə edir. 

3. NFT-lərin bəlkə də ən mənfi xüsusiyyəti çirkli pulların yuyulması məqsədilə istifadə olunmasıdır. Hətta bəzi ekspertlər NFT-nin yaradılmasında əsas məqsədin bu olduğunu irəli sürürlər. Təsadüfi deyil ki, məşhur kriptovalyuta investoru “Mr.Whale” NFT-nin populyarlığını məhz “pul çamaşırxanası” olması və vergilərdən yayınmaqda istifadə edilməsində görür.

Onun NFT-lərlə bağlı yazdığı bloqunda sözgedən sahədə qanuni düzəlişlərin olmadığını, bu səbəbdən də, NFT-lərdən asanlıqla qanunsuz məqsədlər üçün istifadə oluna biləcəyini qeyd edib. 
 

NFT-lərin bütün bu müsbət və mənfilərinə baxmayaraq, mövcud reallıq ondan ibarətdir ki, bu sahəyə maraq günbəgün daha da artmaqdadır.


Nəticədə 2021-ci ildə digital dünyanın sertifikatı kimi istifadə olunan NFT bazarı 41 milyard dollar həddinə qədər yüksəlib.

NFT-lərin populyarlaşması fonunda satıcılarının və alıcılarının qeyd olunan mənfi nünsları diqqətə saxlaması və dövlətlər tərəfindən bu sahəyə rəsmi tənzimləmələrin tətbiqi isə əsas zəruri nüanslardır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

End of content

No more pages to load

RADİO