İqtisadi və sosial inkişafın yeni şəhərsalma perspektivləri...

Moderator.az keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyevin növbəti yazısını oxucularına tədim edir:

(2-ci yazı)

Yeni şəhərsalma siyasəti və yeni, gələcəyin şəhərlərinin salınması nə üçün belə aktualdır, vacibdir və təxirəsalınmazdır ? Bu sualın /bu mövzunun arxasında dövlətimiz üçün iqtisadi və sosial baxımdan, siyasi və geosiyasiperspektivlər baxımından gərəkli olan çoxlu məsələlər durur.
Söhbət yalnız Xəzərin sahilində bir neçə sahilboyu kurort və turist şəhərlərin salınmasından getmir. Və ya, ölkənin daxilində ekoloji cəhətdən zamanın tələbləri ilə ayaqlaşa biləcək yeni sənaye şəhərlərinin ucaldılması da əsas hədəfin yalnız bir parçasıdır. 
Yeni, gələcəyin şəhərlərinin salınması daha dərin köklərə malik, və davamlı inkişafı durmadan təmin edə biləcək bir siyasəti nəzərdə tutmalıdır. Bu siyasət ilk növbədə məhsuldar qüvvələrin artımını qabaqlamaqla, işsizliyin qarşısını almağa yönəlməlidir. Dövlətin artan iqtisadi və sosial qayğılarına və problemlərinə şərik olmalıdır.
Keçmiş və köhnə məskənlərindən yeni şəhərlərə axacaq əhali həm maddi, həm də mənəvi cəhətdən köhnəlmiş həyat tərzindən yavaş-yavaş azad olmalıdır. İndi dəbdə olan ifadə ilə desək, “Avropasayağı həyat tərzi” xalqımız üçün adi yaşam səviyyəsinə çevrilməlidir.
Gələcəyin şəhərləri əmək resurslarını dayanmadan bölüşdürməkdə/yerləşdirməkdə dövlətimizə yardımçı ola biləcək bir instrumentə çevrılə biləcəkdir. 
Artıq sona yetməkdə, tamamlanmaqda olan keçmiş böyük tikintilərdən, yolların, kommunikasiyaların inşasından azad olan fəhlələr, mühəndislər, bir çox xidmət sahələri işçiləri və əlavə məhsuldar qüvvələrin yeni şəhərsalmaya cəlb edilməsi mümkün olacaqdır. Bu proses həm də illərdən bəri toplanmış tikinti/inşaat təcrübəsinin və mədəniyyətinin itməməsinə və saxlanıb-artırılmasına xidmət edəcəkdir. 
Şəhərlərin salınması onların yaxınlığında hər türlü müasir şəraiti olan inşaatçı şəhərciyinin yaradılması ilə başlanmalıdır. Şəhərsalma işləri bitəndən sonra, həmin inşaatçı şəhərçiklər gələcəkdə mümkün istismar təyinatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin ixtiyarına verilməlidirlər.
Şəhərlərdə gələcək sakinlərin məskunlaşması və şəhər təsərrüfatının idarə olunması məsələləri şəhərin özülü qoyulan gündən başlamalıdır. Müasir düşüncəli/ təfəkkürlü mütəxəssislərdən ibarət Şəhər İcra Hakimiyyəti şəhər tikilməyə başlamazdan çox əvvəl təşkil olunmalıdır.
Şəhərlərin kommunikasiya sistemləri, su, elektrik, qaz təminatını, alternativ enerji, nəqliyyat xətləri tikinti-quraşdırma və istismarı işlərinə dünya təcrübəli xarici şirkətlərin cəlb edilməsi, bu şirkətlərin yeni şəhər təsərrüfatına qabaqcıl texnoloqiyalar və kamil idarəçilik gətirəcəyi, milli mütəxəssisləri yetişdirəcəyi kimi dəyərləndirilməlidir.
Gələcəyin şəhərləri üçün regional olaraq elə bölgələr seçilməlidir ki, yeni şəhər istifadəyə verildikdən sonra, bu bölgələrin yaxınlığında yerləşən, hər mənada köhnə durumda olan şəhər və qəsəbələri özündə birləşdirmiş olsun. 
Yeni şəhərlər demografik balansı pozmayacaq baxımdan əsaslı düşünülmüş regionlarda salınmalıdır.Bu işdə tələsikliyə yol vermək olmaz.
Orta müasir bir şəhərin salınması üçün lazım olan vəsait (4-5 milliard ABŞ dolları) yerli və xarici investisiyalar hesabına təmin edilə bilən bir məsələdir. Bu investisiyaları cəlb etmək çətin məsələ deyildir. Dövlətin qarantiyası, liberal investisiya qaydaları, məmur müdaxiləsinın, korrupsiyanın qarşısının alınması şərti ilə, tələb olunandan da artıq yatırımların cəlb olunması mümkündür. 
Əsasən investorların vəsaitləri hesabına ucaldılacaq şəhərlər dövlət büdcəsinin iqtisadi və sosial inkişaf üçün nəzərdə tutulmuş yükünü illərcə öncədən sanballı dərəcədə yüngülləşdirmiş olardı. Bunu nəzərə alaraq, yeni şəhərlərin rahat yaşamını, iqtisadi və sosial dirçəlişini təmin etmək məqsədi ilə, istifadəyə verildikdən sonra 5 (beş) il müddətinə bu şəhərlərə vergidən azad sərbəst bölgə statusu vermək məqsədəuyğun olardı.
II Dünya Savaşı öncəsi, xeyli qısa bir zaman ərzində Almaniya iqtisadiyyatına nəzər salsaq, həmin iqtisadiyyatın məhz zamanını qabaqlayan avtomobil və dəmir yollarının salınması hesabına sürətli inkişafa nail olduğunu görərik. 
Eyni mənzərəni tarixən müharibədən sonrakı ABŞ, Çin, Yaponiya,Türkiyə və başqa inkişaf etmiş dövlətlərin də timsalında görmək mümkündür.
Azərbaycanda avtomobil yollarının və nəqliyyat qovşaqlarının(xüsusi ilə Bakıda) son illər nə qədər genişləndiyini və inkişaf etdiyini sadalamağa ehtiyac qalmır. Lakin, avtomobil yollarından fərqli olaraq, ölkənin dəmir yolları öz səviyyəsinə görə zamanın tələblərindən çox-çox geridə qalmaqdadır. 
Gələcəyin şəhərləri üçün ”“ gələcəyin dəmir yolu xətləri zəruri tələbatlardan biri olaraq qalır.
Tarix və zaman ən gözəl məktəbdir, ən yaxşı müəllimdir. Prezident Heydər Əliyevin sağlığında Azərbaycan Şərq-Qərb inteqrasiyası proseslərində özünə layiqli yer tuta bildi. İndi zaman Şimal-Cənub inteqrasiyasını və bunun Şərq-Qərb inteqrasiyası ilə ustalıqla uzlaşdırılmasını tələb etməkdədir.
Azərbaycana gələcəyin yeni şəhərləri ilə bərabər, daha yeni, müasir, rahat və sürətli dəmir yolu və avtomobil yolu xətləri/qovşaqları lazımdır. Elə nəqliyyat xətləri ki, onlar bir yandan strateji “İpək Yolu” projesini daha da zənginləşdirsin, həm də Azərbaycanın Şimal və Cənub dənizlərinə, bazarlarına alternativ çixişini təmin etmiş olsun. 
Bu baxımdan, Azərbaycanın strateji və geosiyasi maraqlarına ən böyük töhfə - Xəzər dənizi çevrəsi boyunca sərnişin və yük daşımalarını nəzərdə tutan dairəvi dəmir yolu qovşağının çəkilməsi olardı. 
Xəzərin sahilboyu çevrəsinin uzunluğu 7000 km, Azərbaycana düşən hissəsi 1000 km təşkil edir. Bir kilometr müasir sürətli yolun çəkilişinə (relyefindən asılı olaraq və ərazidə məskunlaşmanı nəzərə almaqla) təqribən 5 -10 milyon ABŞ dolları vəsait tələb olunur. 
Azərbaycanda Astaradan(İran sərhəddi) Yalamaya(Rusiya sərhəddi) kimi yeni sürətli dəmir yolu xəttinin çəkilişi təqribən 10 milyard ABŞ dollarına başa gələ bilərdi. Bu vəsaiti həm dövlətin özü, həm də investorlar, sonradan operatorluq edəcək şirkətlər öz üzərinə götürə bilərdilər. 
Beynəlxalq dairəvi dəmir yolu əsrin strateji projesi olmaqla bərabər, Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan dövlətləri arasında iqtisadi və siyasi inteqrasiya proseslərini gücləndirər, onlara təkan vermiş olardı. Beynəlxalq dəmir yolu üzərində ucaldılacaq gələcəyin yeni şəhərlərinə - dünyanın qapılarını açmış olardı. 
Orası da bəllidir ki, bu strateji dəmir yolu xəttinin çəkilməsi üçün təkcə Azərbaycan dövlətinin iradəsi kifayət deyildir. Amma, istənilən halda, Azərbaycanın özü Şimal-Cənub nəqliyyat dəhlizini sərbəst olaraq həyata keçirə bilər, və bu yalnız dövlətin, milli maraqlarımızın xeyrinə olardı.
Hər şey, yeni şəhərlər də yoldan başlayır. Azərbaycanlılar üçün yol hər zaman müqəddəs sayılmışdır. 
El içində tez-tez rast gəldiyimiz “Bu yol haqqı!” ifadəsi/andı da tarixin,zamanın müqəddəs yaddaşıdır. Müqəddəs yaddaşımıza sahib çıxmağın xeyri vardır...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO