"İndiyə qədər Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda yaratdığı gömrük postlarından 2 mln manata yaxın vəsait toplayıb".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin sədri Səfər Mehdiyev deyib.
O əlavə edib ki, həmin yol Azərbaycan ərazisidir. Ölkəmizə başqa gömrük postlarından daxil olan xarici vətəndaşlar hansı vergi və rüsumları ödəyirsə, Gorus-Qafan yolundakı gömrük postlarından keçənlər də eyni qaydada ödəniş edirlər.
Bizim.Media