Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,909 milyard. manat xərclənib.
Bizim.Media xəbər verir ki, bu informasiya Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarda yer alıb.
Mənbə qeyd edir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb.
Cari ilin təkcə noyabr ayında sözügedən göstərici 173,4 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% azdır.
Bizim.Media