Bu il dekabrın 1-nə Azərbaycanda özəl qeyri-neft sektorunda bağlanmış əmək müqavilələrinin sayı 773 133 vahid təşkil edib.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 233 211 vahid və yaxud 43,2% çoxdur.
Bizim.Media