Yeni qeydiyyat üsulundan istifadə edənlərin sayında əhəmiyyətli artım var.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Bildirilib ki, 2021-ci il dekabrın 1-nə respublika üzrə uçotda olan 1.321.539 vergi ödəyicisinin 87,8%-i fiziki şəxslər, 12,2%-i faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,9%, o cümlədən kommersiya qurumlarının sayı 8,4% artıb.
Yanvar-noyabr ayları ərzində 10.769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5% çoxdur.
Bizim.Media