Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisə fəaliyyətə başlayacaq

0:00
0:00

Prezident İlham Əliyevin iştirakı ilə İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı və “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisələrində layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri aparılır.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumatda deyilir ki, eyni zamanda istehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

“Glassica”da Almaniya, “Azərsulfat” da isə Çin texnologiyalarından istifadə ediləcək. Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, bunun artıq 7 milyon dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75%-i yerinə yetirilib.

Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 milyon dollar sərmayə qoyulub və işlərin 60%-i tamamlanıb.

Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hər iki müəssisənin gələn ilin I yarısında istifadəyə verilməsi planlaşdırılır.

Sulfat turşusu və şüşə tara məhsullarının istehsalı müəssisələri idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Məktəb direktoru VƏFAT ETDİ

Məktəb direktoru VƏFAT ETDİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Millimizdən böyükhesablı QƏLƏBƏ

Millimizdən böyükhesablı QƏLƏBƏ

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

End of content

No more pages to load

RADİO