Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracı 16,8 milyard dollar, qeyri-neft sektoru üzrə 2,1 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 milyon dollar və ya 42 faiz artıb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı" hesabatında bildirilib.
Hesabat dövründə qeyri-neft ixracında yeyinti məhsulları 3,2 faiz artaraq 582,2 milyon dollar təşkil edib.
Bizim.Media