Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb.
Bizim.Media xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu istiqamətə 2022-ci ilin dövlət büdcəsindən 1 milyard 441,3 milyon manat vəsait nəzərdə tutulub.
Vüsalə Balayeva, Bizim.Media