Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,691 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz çoxdur.
Bizim.Media xəbər verir ki, xarici ticarət dövriyyəsində ixracın payı 11,393 milyard dollar və ya 64,4 faiz olub.
Bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 24,7 faiz çoxdur.
Azərbaycanın yanvar-iyul aylarında idxalı da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 6,297 milyard dolları ötüb. Xarici ticarət dövriyyəsində idxalın payı 35,6 faiz təşkil edib.
Bizim.Media