“Şahdəniz-2”nin Şərq-Cənub cinahından hasilat başlandı

“Şahdəniz” konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlayıb.

Bizim.Media “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir. Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.

Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli "Şahdəniz" lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.

“Şahdəniz” layihəsinin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:

“Bu, “Şahdəniz” çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olduğumuzdan çox məmnunuq.

“Şahdəniz-2” çərçivəsində əsas infrastruktur layihələri başa çatandan və 2018-ci ildə ilk qaz əldə olunandan bəri bütün “Şahdəniz” komandası bu nəhəng yataqdan hasilat səviyyəsini artırmaq üçün tam gücü ilə işləyir.

Bunun üçün qalan cinahlarda yeni quyular istismara verilir və sualtı hasilat sistemində yeni infrastruktur işə salınır.

Bildirilib ki, yeni işə salınmış Şərq-Cənub cinahı oradakı iki manifolddan və "Şahdəniz-2" qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə "Şahdəniz" yatağından ümumi hasilat həcminə gündə təxminən 90 000 barel neft ekvivalenti əlavə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Rusiya Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırdır”

Putin: “Rusiya Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırdır”

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Rusiya Qara dənizdə yük gəmisini VURDU

Rusiya Qara dənizdə yük gəmisini VURDU

İlham Əliyevin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

İlham Əliyevin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Dövlət qurumu oturacaq almağa 60 min manat XƏRCLƏYƏCƏK

Dövlət qurumu oturacaq almağa 60 min manat XƏRCLƏYƏCƏK

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu - FOTO/VİDEO

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu - FOTO/VİDEO

Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

Prezidentlərin iştirak etdiyi konsertdə “Azərbaycanım” mahnısı və muğam SƏSLƏNDİRİLDİ - VİDEO

Prezidentlərin iştirak etdiyi konsertdə “Azərbaycanım” mahnısı və muğam SƏSLƏNDİRİLDİ - VİDEO

Husilər Ər-Riyad hava limanında təyyarəyə zərbə endirdi - VİDEO

Husilər Ər-Riyad hava limanında təyyarəyə zərbə endirdi - VİDEO

İlham Əliyev Paşinyanla Türkmənistandakı konsertdə söhbətləşdi - VİDEO

İlham Əliyev Paşinyanla Türkmənistandakı konsertdə söhbətləşdi - VİDEO

“Kim deyir iş tapmıram, öz günahıdır” - VİDEO

“Kim deyir iş tapmıram, öz günahıdır” - VİDEO

Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü

Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü

Atilla Taşın qızı faciəvi şəkildə həyatını itirdi

Atilla Taşın qızı faciəvi şəkildə həyatını itirdi

Radara çatanda sürəti azaldanların NƏZƏRİNƏ - Qayda pozuntuları nə qədər məsafədə kameraya düşür?

Radara çatanda sürəti azaldanların NƏZƏRİNƏ - Qayda pozuntuları nə qədər məsafədə kameraya düşür?

"İmişli" məşqçisi ilə yollarını ayırdı

"İmişli" məşqçisi ilə yollarını ayırdı

End of content

No more pages to load

RADİO