30 min dollarlıq maşınlar 20 minə düşdü – Hibrit avtomobillərin idxalında nə BAŞ verir?

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana idxal olunan hibrid avtomobillərin sayında və ümumi dəyərində əhəmiyyətli artım müşahidə olunub.

Hesabat dövründə ölkəyə 23 min 1 ədəd hibrid avtomobil gətirilib.

Bizim.Media xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 min 42 ədəd və ya 156,73 faiz çoxdur. 2024-cü ilin ilk yarısında cəmi 8 min 959 ədəd hibrid avtomobil idxal olunmuşdu.

Dəyər baxımından da artım diqqətçəkicidir. Əgər 2024-cü ilin ilk 6 ayında bu tip avtomobillərin idxalına 266 milyon 126 min 470 dollar xərclənmişdisə, 2025-ci ildə bu rəqəm 472 milyon 962 min 870 dollara yüksəlib. Beləliklə, idxal dəyəri 77,72 faiz artıb.

Lakin orta idxal qiymətində ciddi azalma qeydə alınıb. 2024-cü ildə 1 hibrid avtomobilin orta idxal qiyməti 29 min 705 dollar idisə, 2025-ci ildə bu göstərici 20 min 563 dollara düşüb. Bu isə 30,78 faiz ucuzlaşma deməkdir.

Manatla hesablandıqda da azalma aydın görünür: əgər keçən il 1 avtomobilin idxal dəyəri 50 min 498 manat idisə, bu il bu məbləğ 34 min 957 manata düşüb. Beləliklə, hər avtomobil üzrə idxal qiyməti 15 min 541 manat ucuzlaşıb.

Bəs ucuzlaşmanın səbəbi nədir?

Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bütün dünyada elektromobillərin və hibrid avtomobillərin maya dəyəri durmadan aşağı düşür:

“Çünki bu avtomobillər ciddi konstruksiyaya, mühərrikə malik deyil. Bir akkumlyatordur, bir də elektrik mühərriki. Ona görə də maya dəyər getdikcə optimalllaşdırılır.Maya dəyər aşağı düşdükcə təbii ki, bu avtomobillərin satış qiyməti də ucuzlaşır. Təsadüfi deyil ki, son 6 ayda ölkəmizə idxal edilən elektron və hibrid avtomobillərin qiyməti 30 faiz aşağı düşüb. Bu ucuzlaşma bir qədər də davam edəcək. Və bu ucuzlaşma benzin və dizellə işləyən avtomobillərin populyarlığını xeyli zəiflədəcək”. 

Dünya avtomobil sənayesində bir inqilab gözlənilir. 

Müsahibimiz qeyd edib ki, əhalinin bütün təbəqələri üçün yeni avtomobillərin əlçatanlığı məsələsi bu gün dünyada çox populyardır. Çünki CO2 emissiyasının azaldılması üçün dizel və benzinlə işləyən avtomobillər dövriyyədən çıxardılmalıdır. Onların yerini isə hibrid və elektromobillər tutmalıdır. İstehlakçı marağını artırmaq üçün də istehsalçılar daha ucuz maşın istehsal etməyə çalışırlar. Ona görə də hibrid və elektromobillərin ucuzlaşması xeyli müddət davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO