Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı. Layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib. 

16 may 2025-ci il tarixindən etibarən başlanan və 3 aya yaxın davam edən layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçirilib.

Proqram 2 kateqoriya üzrə baş tutub. Kiçik və Orta bizneslər və Mikro biznesləri əhatə edən kateqoriyada iştirak üçün 400-dən çox xanım sahibkar müraciət edib.

Bütün iştirakçılar She’s Next platformasında ödənişsiz onlayn mühazirə kursları keçmək imkanı əldə ediblər. Daha sonra layihənin şərtlərini uğurla tamamlayan – iştirakçı təcrübəli mentorların dəstəyi ilə final mərhələsinə hazırlanıb.
 

Proqramın finalı 11 iyul 2025-ci ildə Bakıda keçirilib. Tədbir zamanı finalçılar layihələrini peşəkar münsiflər heyətinə təqdim ediblər. Təqdimatların nəticələrinə əsasən, hər iki kateqoriyada 3 nominasiya üzrə qalib ələn iştirakçılara bizneslərinin inkişafı üçün pul mükafatları təqdim edilib.


Kiçik və Orta Bizneslər kateqoriyasında 3-cü yerin və 5000 manatın sahibi topdan və pərakəndə kosmetika, eləcə də məişət kimyası satışı ilə məşğul olan Cəmilə Quliyeva olub.

“Bellabaci” kosmetika distribütor şirkətinin təsisçisi Gülarə Cumayeva isə 2-ci yerə və 10 000 manat mükafata layiq görülüb. 15 000 manat pul mükafatına və kateqoriyanın qalibi adına “Coffee 9bar” və “Street 9bar” biznesi ilə  Türkan Eyyubova layiq görülüb. 

Mikro Bizneslər kateqoriyası da sahibkar xanımların qalibiyyət uğrunda mübarizəsi ilə yadda qalıb. Qidalanma pozğunluğu mövzusunda təlimçi və məsləhətçi Şəlalə İbrahimova 5000 manatı qazanaraq layihənin 3-cü pilləsində qərar tutub. 2-ci yerə, həmçinin 10 000 manat pul mükafatına 2-6 yaş uşaqlar üçün inkişaf və təhsil proqramları üzrə ixtisaslaşmış təlim mərkəzinin təsisçisi Nigar Cəbiyeva sahib olub.

Kateqoriyanın əsas mükafatını, yəni 15 000 manatı və qalib adını soyuq presləmə üsulu ilə təbii sabun istehsalı biznesinin, “Le miracle d'Asunta”-nın təsisçisi Asunta Adıgözəlova qazanıb.

Tədbirdə həmçinin Visa və Birbank Biznes Azərbaycanda ilk birgə ko-brend biznes kartı olan She's Next kartının istifadəyə verildiyi elan edilib. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə bir-birindən maraqlı və faydalı imtiyazlar təqdim edir.
 

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir.


Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO