AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”...

AB Çin, Hindistan, Mavrikiya, BƏƏ və digər ölkələrin bəzi şirkətlərinə Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyinə görə sanksiyalar tədbiq edib. Sanksiya altına düşən şirkətlərdən biri də Azərbacanın “Aqua Fleet Management” şirkətidir. Sumqayıtda, “Sülh küçəsində” qeydiyyatdan keçən şirkətin cəmi 3 gəmisi var, həmin gəmilər də daha çox Braziliyada, Latın Amerikası ölkələrində fəaliyyət göstərirlər. Görünən odur ki, AB-nın bəzi rəsmiləri Azərbaycanın da adının o siyahıya düşməsi üçün çox çalışıblar.

Bizim Media xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
 

O bildirib ki, nə hikmətdirsə, həmin qərarda Ermənistan şirkətləri yoxdur, halbuki 2022-ci ildən, Rusiyanın Ukraynaya təcavüzü və vəhşi işğala başladığı dövrdən üzü bəri Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi, təqribən, 7 dəfə artıb:


“Avropalı məmurlar axmaq deyillərsə, anlamalıdır ki, bu orqanik, təbii artım deyil, ola da bilməz. Çox yaxşı anlayırlar ki, Ermənistan Rusiyaya bir çox məsələlərdə ciddi dəstək verir, sanksiyalar altına düşmüş, məsələn, Rusiyanın qızıl və qiymətli daşlar ixracı - özü də Qərbə, əsas da Belçikaya - məhz Ermənistan üzərindən gedir, rəsmi İrəvan Rusiyaya ikili təyinatlı malların, yarımkeçirici və mikrosxemlərin ötürülməsində əsas rol oynayır – amma Avropanın bəzi məmurları bunu görmürlər.

Elə Belçika demiş, bu ölkənin Nümayəndələr Palatası iyun ayının 17-də Azərbaycanı hədəf alan axmaq, absurd, mənasız bir sənəd qəbul edib, artıq həll olunmuş “Qarabağ məsələsini” yada salıb, Bakıda məhkəməsi gedən separatçı, canı və Rusiyanın birbaşa təsiri və idarəsində olan adamları müdafiə edib.

Ermənistan belə Qarabağ məsələsinin həll olunduğunu deyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini 10 dəfə bəyanat verərək tanıyıb, amma rəsmi Brüsselin bəzi siyasətçiləri bu məsələdə də qərəz nümayiş etdirirlər. Belçika üzdə və ritorikada Rusiyaya qarşı olsa da, Kremlin cəsuslarını müdafiə etməsi də bir ayrı tragikomediyadır.

Avropanın belə tutarsız, mənasız, məntiqsiz mövqeyinə görə qəhrəman Ukraya xalqı 3,5 ildir ki, dişi-dırnağı ilə mübarizə aparır, öz canları hesabına elə həmin Avropaya zaman qazandırırlar.

Çünki Avropa ağılsızcasına öz təhlükəsizliyini ABŞ-a yükləyib, hərbi sahəni “outsourcing” məntiqi ilə görüb, silah istehsalı və ordu quruculuğunda çox geriləmişdi. İndi onlara 2-3 il zaman lazımdır ki, hərbi sənayeni işə salsınlar, normal ordu qursunlar – utanmadan deyirlər ki, qoyun Ukrayna xalqı vuruşsun, bizə zaman qazandırsın, amma heç əllərində, özlərində olan silah-sursatı belə tam şəkildə Ukraynaya vermirlər.

Avropa doğrudan da siyasi, iqtisadi, hərbi olaraq “qocalıb” və qocaldıqca da “dişi tökülüb”, ağzında ABŞ-ın “protez dişləri” var idi, indi o “dişlər” də kəsərini itirir. Hamısı da öz səhvlərinin, simasız, dəyərsiz siyasətlərinin nəticəsidir...”. (Axar.az)

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO