Kommunal ödənişləri dövlət ödəyəcək?

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlərə dair maliyyə yükünü azaltmaq məqsədilə dövlət tərəfindən ödənişlərin zəruri hissəsinin qarşılanması təcrübəsi tətbiq olunur.

Məsələn, Rusiyada aşağı gəlirli yaşlı vətəndaşların kommunal xərcləri bir ailənin gəlirinə görə müəyyən norma ilə məhdudlaşdırılaraq subsidiya və ya endirimlər verilir. Bəzi regionlarda 70-80 yaşlı vətəndaşlara ödənişlərin 50-100 %-i qədər imtiyazlar var. Gürcüstanda isə sosial cəhətdən həssas ailələr elektrik və su üçün tarif fərqini dövlət hesabına ödəyən sistemdən istifadə edirlər.

Bu cür təcrübə Azərbaycanda mümkün ola bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı  Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrdə daha geniş yayılan və effektiv hesab olunan mexanizm pensiyaların məbləğinin artırılmasıdır:
 

"Çünki pensiyaların məbləğinin artırılması praktiki olaraq vətəndaşlara imkan verir ki, öz pensiyaları hesabına kommunal xərclər də daxil olmaqla digər zəruri ehtiyaclarını qarşılasınlar. Buna görə də Azərbaycanda da mərhələli şəkildə pensiya məbləğlərinin artırılması əsas hədəflərdəndir". 


Deputatın sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb - 2025-ci ildən etibarən minimum pensiya məbləği 280 manatdan 320 manata qədər artırılıb.

O əlavə edib ki, növbəti illərdə də pensiyaların artırılması dövlətin sosial prioritetlərindən biri olaraq qalacaq:

"Azərbaycanda tətbiq edilən model modern yanaşmaya əsaslanır. Məqsəd, inkişaf etmiş ölkələrdə olduğu kimi, mərhələli şəkildə pensiya məbləğinin artırılması və vətəndaşların həm dövlət, həm də özəl pensiya olmaqla iki mənbədən gəlir əldə etməsinə nail olmaqdır". (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

End of content

No more pages to load

RADİO