“Bizim Barel”in başına gələnlər

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həfətnin enerji yekunlarına nəzər salanda ilk olaraq bilirsiniz nə haqda düşündüm? İyulun 11-də ümumən ölkəmizdə yay fəslinin başlanmasını. Çünki hələ metereoloji statistikanın aparıldığı XİX əsrdən yəqin Azərbaycanda belə sərin yay mövsümü olmayıb.

Bunun isə enerjiyə birbaşa aidiyyatı var: təsəvvür edin ölkə üzrə nə qədər təbii qazın istehlakına qənaət edilib! Çünki Azərbaycanda elekgtrik enerjisinin istehsalında əsas xammal mavi yanacağımızdır. Düzdür, bununla bağlı müvafiq qurumlar hələ hansısa açıqlamalar verməsələr də, amma aydındır ki, qənaət etdiyimiz yanacaq Azərbaycanın qaz ixracının artırılması üçün bir töhfədir.
 

MÖVZU İLƏ BAĞLI:

Neft UCUZLAŞIR – Büdcədə yenidən dəyişiklik EDİLƏCƏK?


Enerjili bəyanat. Ötən həftə sonu Azərbaycana işgüzar səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətləşərkən maraqlı bir açıqlama verib: “Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır”.  Onun sözlərinə görə, bu barədə ona Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə, o da Suriyaya təbii qazla bağlı "hər cür dəstəyi verməyə hazıram” dedi. Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Enerji ilə bağlı problem var. Biz də müəyyən nöqtəyə qədər enerji ilə kömək etməyə çalışırıq. Amma bu gün İlham bəydən bu xoş xəbəri alanda, həqiqətən, özümü çox hüzurlu hiss etdim”, - deyə Ərdoğan vurğulayıb.

Qaz ixracımızda yaranan Yaxın Şərq istiqaməti. Bəs Azərbaycan Suriyanın qaz təminatında necə və hansı yolla iştirak edə bilər?

Təbii ki, strateji müttəfiqimiz Türkiyə vasitəsi ilə. Azərbaycan Türkiyə bazarında ildə təqribən 10 mlrd kubmetr ətrafında qaz satır. Qaz Türkiyəyə iki kəmərlə daxil olur: Bakı-Tiflis-Ərzurum (bu kənər Gürcüstan-Türkiyə sərhədində BOTAŞ-ın qaz infrastrukturuna qoşulur) və Genişləndirilmiş Cənub Qafqaz Boru kəmri ilə (bu kəmər Gürcüstan-Türkiyə sərhədində TANAP-a birləşir). Mövcud infrastrukturla Türkiyə bazarına daxil olan həcmləri artırmaqla Azərbaycan Suriyanın qaz təminatında birbaşa iştirak edə bilər.

Məsələ burasındadır ki, artıq Türkiyə və Suriya arasında yeni qaz kəməri çəkilib.

2025-ci ilin mayında Türkiyə və Suriya hökumətləri Türkiyə ilə sərhəd Kilis şəhəri ilə Suriyanın Hələb şəhərini birləşdirən qaz kəməri vasitəsilə təbii qazın tədarükünə dair razılığa gəliblər. Bu kəmərlə Suriyadakı Hələb və Homs elektrik stansiyalarının ehtiyacları üçün gündə 6 milyon kubmetrə qədər (ildə təxminən 2 milyard kubmetr) qaz tədarük etməyə imkan verir.

İndi belə bir sual yaranır: bəs Azərbaycanın Suriyaya qaz nəql ermək üçün balansında ehtiyat varmı və yeni bazara çıxarılacaq qaz ehtiyatları nəyin hesabına əldə oluna bilər? Bu mənbələr mövcuddur, özü də nə birdi, nə də iki, bir neçədir:

əvvəla, ölkə daxilində qaz istehlakının azaldılması hesabına Azərbaycan bunu həyata keçirmək üçün bu il xeyli imkanlara malikdir:

a) iyunun 25-də istifadəyə verilmiş "8 noyabr" istilik elrktrik stansiyası ildə 1 mlrd kubmetr qazın istehlakını azaltmağa qadirdi, demək 500 mln kubmetr ətrafında qaza qənaət edilməsi cari ildə mümkündür;

b) alternativ enerji mənbələrindən elektrikin istehsalının artımı hesabına. Artıq avqustda Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti 240 MVt gücündə olan "Abşeron-Xızı" külək elektrik stansiyasını mərhələli şəkildə istismara verəcək, cari ilin İV rübü ərzində stansiya tam şəkildə tikilib başa çatacaq. Bu usə cari il üçün daha 100 mln kubmetr təbii qaza qənaət deməkdir;

v) SOCAR-ın "Azəriqaz" İB bu il qaz itkisini azaltmaq məqsədi ilə masştablı şəkildə istər Abşeron yarınadasında, istərsə də regionlarda qaz infrastrukturunun təmiri və bərpa edilməsi işlərini həyata keçurir. Düzdür, rəsmən elan etməyiblər ki, bu görülən işlər nəticəsində texniki itkiləri nə qədər azaldacaqlar, amma azalacağl labüddür, əks təqdirdə əlavə vəsait xərcləməyin mənası nədir?

q) klimatik faktorların hesabına. Dövlət Statustika Komitəsinin cari ilin 5 ayının məlumatları əsasında deyə bilərik ki, ölkədə istehsal edulən elejtrikin təqribən 85%-i qazın yandırılmasına hesabıba əldə edilib. Amna havaların bir tərəfdən sərin keçməsi ölkə daxilində elektrik enerjisi istehlakını azaldan amildir, ikinci amil isə bu yaz-yay mövsümündə yağışın miqdarının artması, çaylarda yaşanan su bolluğudur ki, bu da su elektrik stansiyalarında istehsalın kifayət qədər artımı ilə bağlıdır.

Göründüyü kimi, Azərbaycan yeni qaz yataqlarının işlənməsunə başlamadan belə cari il üçün xarici bazarlara əlavə mavi yanacaq həcmləri çıxartmaq imkablna malikdir. Nəticə etibarı ilə bu il biz Azərbaycanın region və Avropa ölkələrindən əlavə ilk dəfə Yaxın Şərq ölkəsinin də qaz təminatında iştirakının şahidi ola bilərik.


Bu isə artıq Azərbaycanın 13 ölkəyə təbii qaz ixracatçısı kimi gündəmə gəlməsi və qaz ixracı coğrafiyasının genişləndirilməsi ilə yanaşı həm beynəlxalq iqtisadi əlaqələrimizin genişlənməsinə, həm də Aralıq dənizi ətrafı regionda nüfuzumun möhkəmləndirilməsi deməkdir.

Qeyd edim ki, bu ilin əvvəlində Azərbaycan İsrailin Aralıq dənizində ikinci böyük qaz yatağında da 10% pay almağa nail olub və həm İsrail, həm də Suriyanın yeni hökuməti ilə kifayət qədər münasibətlərə malik olması həmin bölgədə sülh və əmin-amanlığın bərqərar olunmasına da öz töhfəsini verə bilər.   

SOCAR-ın qazancı. Bu həftənin əvvəli Azərbaycan Dövlət Neft Şirkəti özünün 2024-cü il üzrə audit edilmiş maliyyə hesabatını açıqladı. Hesabatdan məlum oldu ki, SOCAR-ın ümumi gəlirinin 90%-dən çoxu Azərbaycandan kənarda aparılan əməliyyatlardan əldə edilib.

Hesabatda göstəricilər manatla verilsə də, mən onları 2017-ci ilin aprelindən kursu bizim bazarda stabil qalan Amerika dollarına çevirərək təqdim edirəm ki, Azərbaycanda və ölkə hüdudlarından kənarda olan biznesin müqayisəsi daha anlamlı olsun. 

Hesabata ədasən, SOCAR-ın ötən il konsolidə edilmiş gəliri 49,817 milyon dollar olub. 2023-cü illə müqayisədə ümumi gəlir 301,2 milyon dollar azalıb.

Hesabata görə, SOCAR-ın ötən il xalis mənfəəti 1 721,8 milyon dollar (2023-cü illə müqayisədə 502,3 milyon dollar artım) təşkil edib.

SOCAR-ın gəlirlərinin hiss edilən dərəcədə azalması İsveçrədə qeydə alınıb (bu da SOCAR-ın ticarət qurumu olan “SOCAR Trading”in fəaliyyəti ilə əlaqədardır). Gəlirlərin azalması Azərbaycan və Gürcüstanda da (bir qədər) müşahidə olunub. Bununla belə, SOCAR-ın BƏƏ, Türkiyə və digər ölkələrdəki biznesi artıma doğru irəliləyib.

Hesabatı təhlil edərkən görmək olur ki, SOCAR-ın ümumi gəlirinin 90,37%-i Azərbaycandan kənarda aparılan əməliyyatlardan əldə edilib.
 

SOCAR-ın gəlirlərinin 73%-i (36,33 milyard dollar) satış və ticarət əməliyyatlarından əldə edilib (bunun 31,7 milyard dolları ilk növbədə “SOCAR Trading”in payına düşür).


Gəlirlərin 35,3%-i və ya 17,57 milyard dolları emal və neft-kimya seqmentindən əldə edilib (burada əsas gəlir Türkiyədəki SOCAR STAR neft emalı zavodu və Petkim neft-kimya zavodundan əldə edilib).

SOCAR-ın gəlirlərində hasilat seqmentinin payı 10,2% (5,1 milyard dollar) təşkil edib. Şirkətin qaz biznesi keçən il 3,83 milyard dollar gəlir əldə edib.

Nəhayət, xidmət sektoru SOCAR-a 800,6 milyon dollar, digər sahələr isə 650 milyon dollar gəlir gətirib.

“Abşeron” qazına dair suallar. İyulun 10-da Azərbaycanın ikinci ən böyük qaz yatağı olan “Abşeron” yatağında hasilata başlanmasının 2 il tamam oldu. Amma nədənsə bu müddət ərzində yataqdan nə qədər qaz və kondensat hasil edildiyi və proqnozların özünü doğrultduğu açıqlanmadı? Maraqlıdır ki, “Abşeron” qaz yatağına kapital qoyuluşları ilə bağlı da hansısa bir məlumat ictimailəşdirilməyib.

Hətta illik əməliyyat xərcləri də məlum deyil. Amma onların açıqlanması vacibdir, çünki yatağın işlənməsinin birinci mərhələsi üzrə hasil edilən mavi yanacaq (ildə təqribən 1,5 mlrd kubmetr) tam şəkildə Azərbaycanın daxili bazarına verilir və vətəndaşların nəinki həcmlərlə bağlı, hətta “Abşeron qazının” neçədən alındığı və yerli istehlakçılara neçədən satıldığı da aydın olmalıdır.

Qeyd edim ki, yataq JOCAP əməliyyat şirkəti tərəfindən işlənilir. Onun səhmdarları SOCAR (35%), Fransanın enerji nəhəngi “Totalenergies” (35%) və BƏƏ-nin ADNOC şirkətidir (30%).

Əvvəllər ölkənin Energetika nazirliyi Azərbaycanın əsas yataqlarında (Azəri-Çıraq-Günəşli, Şahdəniz və Abşeron) neft, kondensat və təbii qaz hasilatı üzrə aylıq statistik məlumatları açıqlayırdı. Bununla belə, nazirlik bu məlumatların dərcini 2025-ci ilin may ayında dayandırıb. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) da AÇG və “Şahdəniz” layihələrindən aylıq gəlirləri artıq ictimailəşdirmir.

1 manatı aşmayacaq tarif. Bir ay öncə mən MDB ölkələrində fiksasiya edilmiş qaz və elektrik tariflərini araşdıraraq qeyd etmişdim ki, Azərbaycanda tətbiq edildiyi zaman da bu göstəricilərə (bizim valyuta ekvivalentində 0,7-1 manat) yaxın bir rəqəm olması nəzərə alına bilər. İyulun 8-də Energetika nazirinin müavini Orxan Zeynalov Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanunun növbəti müzakirəsi zamanı çıxışında mənim yanılmadığımı təstiqləyib.

Belə ki, nazir müavini bəyan edib ki, ölkədə tətbiqi nəzərdə tutulan sabit tarif göstəricisi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.

Qeyd edək ki, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı

Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı

Meksikada qələbə sevinci faciə ilə nəticələndi - VİDEO

Meksikada qələbə sevinci faciə ilə nəticələndi - VİDEO

Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

Zamin Zəki ilə bağlı QƏRAR VERİLDİ

Zamin Zəki ilə bağlı QƏRAR VERİLDİ

Trampın jurnalistlə dialoqu: “Qazanıram, çünki çoxlu pulum var" – VİDEO

Trampın jurnalistlə dialoqu: “Qazanıram, çünki çoxlu pulum var" – VİDEO

Lyayen: “Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək üçün Bakıdayam” - FOTO

Lyayen: “Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək üçün Bakıdayam” - FOTO

Ötən ay PUA ilə dövlət sərhədindən keçirilən 47 kiloqram narkotik aşkarlanıb – RƏSMİ

Ötən ay PUA ilə dövlət sərhədindən keçirilən 47 kiloqram narkotik aşkarlanıb – RƏSMİ

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır

Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır

Bacısı infarkt KEÇİRDİ, valideynləri xəbərini gözləyə-gözləyə dünyadan köçdü – VİDEO

Bacısı infarkt KEÇİRDİ, valideynləri xəbərini gözləyə-gözləyə dünyadan köçdü – VİDEO

Ukrayna Krımda "Su-30" qırıcılarının yerləşdiyi anqarları vurdu - FOTO

Ukrayna Krımda "Su-30" qırıcılarının yerləşdiyi anqarları vurdu - FOTO

Almaniyadan vətəndaşlarına XƏBƏRDARLIQ - "Rusiyanı tərk edin"

Almaniyadan vətəndaşlarına XƏBƏRDARLIQ - "Rusiyanı tərk edin"

Türkiyənin "F-16" qırıcıları 35 terrorçunu MƏHV ETDİ

Türkiyənin "F-16" qırıcıları 35 terrorçunu MƏHV ETDİ

Meloni: "Mən Trampın qarşısında diz çökməmişəm" – VİDEO

Meloni: "Mən Trampın qarşısında diz çökməmişəm" – VİDEO

Pistorius: "Heç vaxt Amerika sistemlərindən imtina etməmişik”- VİDEO

Pistorius: "Heç vaxt Amerika sistemlərindən imtina etməmişik”- VİDEO

Avropa Komissiyasının Prezidenti Azərbaycana GƏLDİ - FOTO

Avropa Komissiyasının Prezidenti Azərbaycana GƏLDİ - FOTO

Tanınmış aktyor İTKİN DÜŞDÜ

Tanınmış aktyor İTKİN DÜŞDÜ

Möcüzə: 71 yaşlı təqaüdçü pəncərədən yıxılan uşağı havada tutaraq xilas etdi

Möcüzə: 71 yaşlı təqaüdçü pəncərədən yıxılan uşağı havada tutaraq xilas etdi

Aİ və Türkiyə arasında yüksək səviyyəli iqtisadi dialoq keçiriləcək

Aİ və Türkiyə arasında yüksək səviyyəli iqtisadi dialoq keçiriləcək

Mərakeşə məğlubiyyətə görə VƏZİFƏSİNİ İTİRDİ

Mərakeşə məğlubiyyətə görə VƏZİFƏSİNİ İTİRDİ

Yaşayış binasında dəhşətli yanğın: Ölənlər var – VİDEO

Yaşayış binasında dəhşətli yanğın: Ölənlər var – VİDEO

End of content

No more pages to load

RADİO