Həm ZİYARƏT, həm MÜALİCƏ – Azərbaycanda tibbi turizm niyə İNKİŞAF etmir?

Hər il milyonlarla insan sağlamlığının bərpası məqsədi ilə müxtəlif ölkələrə üz tutur. Bunun sayəsində tibbi turizmdən çox böyük gəlir əldə edirlər ki, bu da həmin ölkələrin iqtisadi rifahı, eyni zamanda beynəlxalq nüfuzu üçün çox önəmlidir. Əvvəllər xaricdə müalicə deyəndə ağıllara əsasən İsrail, Almaniya gəlirdisə, artıq dünyanın digər ölkələri də öz tibbi turizminin inkişaf etdirib əcnəbilərin diqqətini çəkiblər. Bura həm yüksək tibbi keyfiyyət və personalın peşəkarlığı ilə yanaşı, konkret xəstəliklər üzrə xüsusi və fərqli metodlarla müalicə də daxildir.

Məsələn, Qazaxıstan son illərdə allergiyadan əziyyət çəkənlərin ən çox müraciət etdiyi ölkələrdən birinə çevrilib.

Belə ki, ölkədə məhz bu sahədə peşəkarlaşmış həkimlər xüsusi ASİT (allergen-spesifik immunoterapiya) metodu ilə xəstələri müalicə edirlər.  
 

MÖVZU İLƏ BAĞLI:

Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq


Yaxud İran dünyanın “burun estetikası mərkəzi” hesab edilir. İdeal formalı və öz təbii funksiyalarını itirməmiş burun istəyənlər hər nə qədər qapalı olsa da bu ölkəyə axın edirlər. Bundan başqa İranda Hepatit B və C virusu infeksiyası üçün aşağıbüdcəli müalicə xidməti mövcuddur və üstəlik lazımi dərmanlar ucuz və yüksək keyfiyyətlə istehsal olunur.

Türkiyədəki tibbi müalicələrin də dəyəri Qərbi Avropa ölkələrinin təklif etdiyi xidmətlərin qiyməti ilə müqayisədə olduqca uyğundur. Buna görə də hər il minlərlə insan tibbi turizm üçün Türkiyəni seçir. Türkiyə xüsusilə saç transplantasiyası və stomotoloji xidmətlər üçün əsas mərkəzə çevrilib.

Azərbaycanda da son illər tibbi turizm xeyli inkişaf edib. İstər dövlət, istərsə də bir sıra özəl xəstəxanaların ABŞ-ın JCİ sertifikatı (Joint Commission International – tibbi müəssisələrin keyfiyyətini və təhlükəsizliyini qiymətləndirən beynəlxalq akkreditasiya sistemi) alması turistlərin güvənini artırır. Azərbaycana xüsusilə stomotoloji xidmətlər və estetik prosedurlar üçün gəlirlər.

Turizm üzrə ekspert Hikmət Xasıyev Bizim.Media-ya bildirib ki, Azərbaycana  daha çox Orta Asiya və Şərqi Avropa ölkələrindən sağlamlıq üçün səyahət edirlər. Son illərdə isə Avropa ölkələrindən də gələnlərin sayı artıb:

“Amma burda bir məsələ var ki, xüsusilə Almaniya, Avstriyadan gələnlər orda yaşayan azərbaycanlılardır. Həmin ölkədə müalicə və kosmetik prosedurlar baha olduğu üçün ildə bir dəfə burdakı qohum-əqrəbasını ziyarətə gəlir, vətəni görür və eyni zamanda tibbi xidmətlərdən istifadə edirlər.

Necə deyərlər həm ziyarət, həm ticarət... Xaricdəki azərbaycanlıların vətəndəki tibbi xidmətdən razı qalması da yaşadığı ölkədə yaxşı reklam deməkdir. Çünki növbəti dəfə gələndə oradakı dostları və çevrəsindəki insanlarla birlikdə gəlirlər. Üstəlik paytaxtımızın təmizliyi, gözəlliyi və təhlükəsizliyi də xarici turistlərin gəzinti, qidalanma və müalicə üçün ölkəmizə təkrar dönüşünə imkan yaradır. Son illərdə cərrahlarımızın da həm plastik, həm ümumi cərrahiyyədə uğurları  ölkənin nüfuzuna müsbət xidmət edir”.

Bundan başqa Azərbaycanın coğrafi imkanları da digər ölkələrlə müqayisədə əlverişlidir. Dünyada palçıq vulkanlarının vətəni kimi tanınan Azərbaycanda əlaqədar müalicələr mövcuddur.


Xüsusilə Naftalan nefti ilə müalicə hələ sovet dövründən məşhur idi. Bu gün də postsovet ölkələrindən turistlər həm unikal müalicə növü üçün, həm də damaqlarında qalmış dadı yenidən təzələmək üçün Azərbaycana üz tuturlar. Bundan başqa işğaldan azad edilmiş ərazilərdə istisu termalları və digər əhəmiyyətli yerlər də var. Bu yerlərin səfalı təbiəti də xarici vətəndaşların diqqətini çəkmək üçün çox münasibdir. Çünki turistlər həmçinin, iqlim, mədəniyyət və əhalinin adət-ənənələri, yerli mətbəxə də önəm verirlər ki, Azərbaycan bütün bunlarda daim üzüağ olub.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO