Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda

Azərbaycanda orta ömür uzunluğu 72-73 yaş civarındadır. Kişilər üçün bu göstərici 70 yaşdan da aşağıdır. Pensiyaya isə 65 yaşında çıxmaq mümkündür. Bu statistika göstərir ki, insanlar ömürlərinin cəmi bir neçə ilini pensiya ilə “dincəlməklə” keçirə bilirlər. Bu da sağlamlıq, dərman və maddi qayğılar içində davam edir.

Belə vəziyyət sosial siyasətdə hansı boşluqları ortaya çıxarır? Pensiya ilə bağlı əsasən hansı dəyişikliklər zəruridir?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov bildirib ki, ölkədə pensiya yaşının artırılması ilə bağlı dəyişikliklər davam edir:
 

“Bu istiqamətdə həm qadınlar, həm də kişilər üçün pensiya yaşının 65-ə çatdırılması məqsədilə aparılan siyasət qanunvericilikdəki fərqlərin aradan qaldırılmasını və bərabərliyi təmin etməyi hədəfləyir.


Təbii ki, bu məsələdə qadınlara daha aşağı yaş nəzərdə tutulurdu. Lakin dünya miqyasında, xüsusilə müxtəlif ölkələrdə həyata keçirilən gender bərabərliyi siyasətinə əsaslanaraq, eyni pensiya yaşı müəyyənləşdirilməsi istiqamətində addımlar atılır. Ölkədə orta ömür uzunluğunun müəyyənləşdirilməsinə gəldikdə, həm statistik rəqəmlər araşdırılmalı, həm də bütün regionlar üzrə ümumi tədqiqatlar aparılmalıdır”.

Ekspert qeyd edib ki, bu sahə üzrə dövlət siyasətini həyata keçirən bir sıra qurumlar mövcuddur:

“Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu birbaşa bununla məşğuldur. Sosial Tədqiqatlar Mərkəzi kimi araşdırma aparmaq səlahiyyətinə malik bir sıra mərkəzlər də var. Bu orqanlar orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı əlaqəni diqqətlə tədqiq etməlidirlər.

İki göstərici arasında bir neçə illik fərq olarsa və həmin müddətdə insanlar həm fiziki xəstəliklərlə, həm də digər çətinliklərlə mübarizə aparırlarsa, o zaman pensiya yaşının artırılması ədalətli görünmür.

Dünyada bir çox ölkələrdə orta ömür uzunluğu 75-85 yaşa çatıb. Bu dövlətlərdə pensiya yaşının artırılması normal qəbul olunur. Azərbaycanda orta ömür uzunluğu 70-73 yaş arasıdırsa və insanlar 65 yaşında pensiyaya çıxırsa, bu, məsələnin tənzimlənməsini tələb edir”.

Hüquqşünas əlavə edib ki, pensiya illərlə çalışan vətəndaşların əməyinin qarşılığı, dövlətdən aldığı sosial ödənişlərdir:
 

“Bu ödənişlər insanların əmək fəaliyyətindən sonra istirahət etməsi üçün nəzərdə tutulub. Əgər şəxs pensiya dövrünü xəstəlik və digər sağlamlıq problemləri ilə keçirərsə, bu halda pensiya yaşının artırılması problem yaradacaq, əksinə, azaldılması daha məqsədəuyğun olacaq.


Bu baxımdan, məsələnin dəqiqləşdirilməsi üçün müvafiq qurumlar hərəkətə keçməli və konkret faktlarla hökumətə məlumat təqdim etməlidir. Hökumət də bunu nəzərə alaraq, pensiya yaşının 65 olaraq saxlanması və ya artırılması məsələsini qərara ala bilər. Təəccüblü olsa da, bəzi hallarda pensiya yaşının azaldılması zərurətinin yaranması mümkündür. Ölkədə əsas məqsədlərdən biri vətəndaşların həyat şəraitini və sosial rifahını yaxşılaşdırmaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO