Problemli kreditlərdən necə xilas ola bilərik?

2025-ci ilin aprelin 1-nə olan statistik göstəricilər Azərbaycanda problemli kreditlərin nominal məbləğində artım olduğunu göstərir. Mərkəzi Bankın məlumatına görə, ölkədə vaxtı keçmiş kreditlərin həcmi 481.6 milyon manata çatıb ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur. Bununla yanaşı, son bir il ərzində problemli kreditlərin həcmi 10.9 milyon manat və ya 2.3 faiz yüksəlib. Bəs bu artım nə ilə bağlıdır? Problemli kreditlərdən necə xilas ola bilərik?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Kredit faizlərində artım müşahidə olunur"

Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramovun sözlərinə görə, problemli kreditlərin həcmi üç faizdən artıq olsaydı, bu zaman problem hesab oluna bilərdi: "Problemli kreditlərin ümumi kredit portfelindəki payı riskli həddə deyil. Ümumi kredit portfelində iki faizdən az yer tutur. Beynəlxalq standartlara görə bu pay üç faizdən aşağı olduqda bank sektoru üçün elə də riskli sayılmır. Likvidlik üçün də problem yaratmır".

V.Bayramovun fikrincə, hər bir halda problemli kreditlərin həcminin artması arzuolunan deyil:

"Artım dinamikasının tənzimlənməsi çox vacibdir. Problemli kreditlərin payının ümumi portfeldə azaldılmasına çalışmalıyıq". Millət vəkili problemli kreditlərin artım səbəblərinə də toxunub: "Səbəblərdən biri kredit verən zaman şəxsin ödəmə qabiliyyətinin doğru qiymətləndirilməməsidir. Əvvəlki dövrlərdə verilmiş kreditlər üzrə öhdəliklərin tam müəyyənləşdirilməməsi, yaxud öhdəliklərlə bağlı müştəriyə izahedici məlumatların verilməməsidir. Həmçinin kredit faizlərinin yüksək olduğunu da qeyd etməliyik. Son bir ildə də kredit faizlərində artım müşahidə olunur. Bu da kredit götürən şəxslərin ödəmə qabiliyyətinə birbaşa təsir edir".

Birinci yerdə istehlak, ikinci yerdə biznes

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc problemli kreditlərin daha çox istehlak kreditlərində olduğunu vurğuladı: "Problemli kreditlər iki yerə ayrılır - biznes məqsədli götürülmüş problemli kreditlər və istehlak kreditləri. İstehlak kreditləri birinci yerdədir. Hansısa vətəndaş iş yerini itirirsə, ödəmə qabiliyyəti aşağı düşür. Bununla da problemli kreditin yaranmasına səbəb olur. İstehlak kreditləri sayca biznes kreditlərindən çox olsa da, məbləğ olaraq biznes kreditləri daha böyükdür. Problemli kreditlərin artımında BOKT-ların da rolu var. İstehlak kreditlərinin böyük həcmi məhz BOKT-ların üzərinə düşür. Ona görə onların da fəaliyyətinə ciddi nəzarət olunmalıdır. İkinci yerdə biznes kreditləridir. Bu kreditlərin problemli kreditə çevrilməsi o halda baş verir ki, biznes quran şəxs bazardakı riskləri müəyyən edə bilmir, son nəticədə iflas olur. Lakin biznes kreditlərində problemli hallar elə də çox deyil".

V.Oruc bildirdi ki, ipoteka kreditləri ən az problem müşahidə olunandır. Çünki orada həll imkanları daha genişdir: "İpoteka krediti ilə alınan mənzillərdə ödəmə problemi olanda kredit ödəyicisinin, mülkiyyətçinin dəyişdirilməsi, yeni alıcının tapılması ilə bu problemin aradan qaldırılması daha asan başa gəlir".

Ekspert düşünür ki, problemli kreditlərin son vaxtlardakı artımı dövrü mahiyyət daşıyır: "Neft satışında azalma, dünyanı və ölkəmizi 2025-ci ildə gözləyən iqtisadi problemlər, o cümlədən ölkəmizin müharibədən yeni çıxması müəyyən iqtisadi çətinliklərin yaranmasına səbəb ola bilər. Hesab edirəm ki, gələcəkdə müəyyən qabaqlayıcı tədbirlər görməklə bu artımın qarşısını almaq mümkün olacaq".

"Sağlamlaşdırılma əsas həll yoludur"

V.Oruc problemli kreditlərlə bağlı problemin həlli üçün atılmalı olan addımlara da toxundu: "Artım cüzi olsa da, ciddi xəbərdarlıqdır. Qarşısı vaxtında alınmalıdır ki, daha da böyüməsin. İlin sonuna qədər kommersiya bankları bu istiqamətdə müəyyən tədbirlər görməlidirlər. Hər an problemli kreditə çevrilə biləcək yeni kreditlərə də ehtiyatlı yanaşmaq lazımdır. Yeni kreditlərin verilməsində kifayət qədər mühafizəkar mövqedən yanaşılması və risklərin nəzərə alınmasına da ehtiyac var. Mərkəzi Bank problemli kredit portfelinə malik banklara nəzarəti gücləndirməlidir".

D.Orucun sözlərinə görə, bu sahədə atıla biləcək ən doğru addım kreditlərin sağlamlaşdırılmasıdır: "Problemli kreditlər bankların likvidliyinə, dayanıqlılığına, dinamikliyinə mənfi təsir göstərir. Bank öz fəaliyyətini yüksək səviyyədə qurmaq istəyirsə, problemli kreditləri sağlamlaşdırmalıdır. Müəyyən dəstəkləyici addımlar atılmalıdır ki, həmin banklar kreditlərin sağlamlaşmasına çalışsınlar. Çünki problemli kreditlərin sağlamlaşdırılması onların əsas həlli yoludur. Şəxslərə və ya sahibkarlara şərait yaradılır ki, mövcud problemli kreditin ödənişini təmin etsinlər. Problemli kreditlər sağlamlaşdırılmadıqca onlar kredit portfelində öz yerini qoruyub saxlayacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi

İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi

Sumqayıtda sursat tapıldı – VİDEO

Sumqayıtda sursat tapıldı – VİDEO

ABŞ və İsrailin zərbəsi İran rəhbərliyini iflic edib

ABŞ və İsrailin zərbəsi İran rəhbərliyini iflic edib

Gəncədə ağır QƏZA: Xəsarət alanlar var

Gəncədə ağır QƏZA: Xəsarət alanlar var

Novruz tətilində regionlara səfərə hazırlaşanların NƏZƏRİNƏ

Novruz tətilində regionlara səfərə hazırlaşanların NƏZƏRİNƏ

Hərbi bloger: Rusiya ordusunda itkilər çox böyükdür, hücum tükənib

Hərbi bloger: Rusiya ordusunda itkilər çox böyükdür, hücum tükənib

İran İsrailə yenidən kasetli raketlərlə zərbə endirdi – VİDEO

İran İsrailə yenidən kasetli raketlərlə zərbə endirdi – VİDEO

Yüksək təzyiqdən sizi adi DAŞ xilas edəcək

Yüksək təzyiqdən sizi adi DAŞ xilas edəcək

“Azərsüd” mükafat qazandı

“Azərsüd” mükafat qazandı

İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir – FOTO

İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir – FOTO

İran dronları Kaliforniyaya çata bilərmi? – Rəsmi Tehrandan AÇIQLAMA

İran dronları Kaliforniyaya çata bilərmi? – Rəsmi Tehrandan AÇIQLAMA

İranda niyə kütləvi etiraz yoxdur? – Tramp səbəbini açıqladı

İranda niyə kütləvi etiraz yoxdur? – Tramp səbəbini açıqladı

Eyni arxda ölən iki qardaşla bağlı rəsmi qurumdan AÇIQLAMA – “Körpə orda nə gəzirdi?” – VİDEO

Eyni arxda ölən iki qardaşla bağlı rəsmi qurumdan AÇIQLAMA – “Körpə orda nə gəzirdi?” – VİDEO

Orhan Gencebay xəstəxanaya YERLƏŞDİRİLDİ

Orhan Gencebay xəstəxanaya YERLƏŞDİRİLDİ

Kremldən Müctəba Xameneinin Moskvada müalicə olunması xəbərinə REAKSİYA

Kremldən Müctəba Xameneinin Moskvada müalicə olunması xəbərinə REAKSİYA

Ermənistanda yeni Konstitusiyanın mətni hazırdır – MÜZAKİRƏ OLUNACAQ

Ermənistanda yeni Konstitusiyanın mətni hazırdır – MÜZAKİRƏ OLUNACAQ

Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs HƏBS EDİLDİ - FOTO

Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs HƏBS EDİLDİ - FOTO

Murad Dadaşov xəstəxanadan PAYLAŞIM ETDİ: “Səbir və zamana inam…” - VİDEO

Murad Dadaşov xəstəxanadan PAYLAŞIM ETDİ: “Səbir və zamana inam…” - VİDEO

İran XİN: “Biz aylar öncə region ölkələrinə xəbərdarlıq etmişdik” – VİDEO

İran XİN: “Biz aylar öncə region ölkələrinə xəbərdarlıq etmişdik” – VİDEO

Ermənistanda seçkiöncəsi rəqabət ALOVLANIR – Əsas namizədlər və qələbə şansları – Verdyandan ÖZƏL AÇIQLAMA

Ermənistanda seçkiöncəsi rəqabət ALOVLANIR – Əsas namizədlər və qələbə şansları – Verdyandan ÖZƏL AÇIQLAMA

Hökumət üzvləri Xocavənddə - Samir Nuriyevin sədrliyi ilə iclas KEÇİRİLDİ – FOTO

Hökumət üzvləri Xocavənddə - Samir Nuriyevin sədrliyi ilə iclas KEÇİRİLDİ – FOTO

Azərbaycana ən çox dərman idxal edən ölkələr - SİYAHI

Azərbaycana ən çox dərman idxal edən ölkələr - SİYAHI

End of content

No more pages to load

RADİO