Ötən il Azərbaycanda əmək pensiyası alan şəxslərin 60,31 faizini kişilər, 39,69 faizini isə qadınlar təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında qeyd olunub.
Məlumata görə,2024-cü ilin yekunlarına əsasən çəkili orta pensiya yaşı 62,4 yaş olmaqla kişilər üzrə normativ yaşdan 2,7 il, qadınlar üzrə 1,4 il az olub.
Bizim.Media