Krediti olanların NƏZƏRİNƏ – Borclar belə bağlana bilər

Azərbaycanda problemli kreditlərin məbləği artmaqda davam edir. Belə ki, bu il martın 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə 2,3 % artım deməkdir.

Problemli kreditlər niyə artır? Bu tendensiya vətəndaşlara və ölkəyə nə vəd edir?

Bizim.Media xəbər verir ki, “Globalinfo.az”a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri inflyasiyadır:
 

“Real gəlirlərin azalması kreditlərin ödənişlərində də problemlər yaradır. Digər məsələ əmək bazarındakı gərginliklə bağlıdır. Bəzi insanlar kredit götürdükdən sonra işsiz vəziyyətə düşür və banka olan borcları qaytarmaqda çətinlik çəkirlər. Həmçinin bir sıra banklarda yoxlamaların zəifləməsi ayrı-ayrı kredit mütəxəssislərinin düzgün olmayan qaydalarla kredit verməsinə səbəb ola bilir.


O cümlədən, bankların maliyyələşdirilməsi və Azərbaycan Mərkəzi Bankından (AMB) aldıqları borcun faiz dərəcəsinin artması, ümumi kredit – bankların siyasətində faiz dərəcələrinə təsir edir. Təbii ki, bu, kreditlərin ödənişində problem yaradır. Ayrı-ayrı sektorlarda müşahidə olunan çətinliklər də problemli kreditlərin artmasına yol açan amillərdəndir. Tutaq ki, kredit götürən tikinti şirkəti hər hansı səbəbdən bürokratiya ilə üzləşirsə, yaxud mənzilləri sata bilmirsə, bu, onların iflasına və nəticədə bank borclarının ödənilməməsinə gətirib çıxara bilər”.

Ekspert bildirib ki, Ümumi daxili məhsulun (ÜDM), neft istehsalının azalması kimi məsələlər də əhalinin gəlirinə mənfi təsir edir:

“Hazırda problemli kreditlərin artımı ümumi bank sektorunun zəifləməsinə səbəb olur. Bilirsiniz, vaxtilə bəzi banklar problemli kreditlərə görə iflas olmuşdular. Belə hallar həm də depozit faizlərini azalda, ölkədə ümumi maliyyə sabitliyini poza bilir. Prosesin ümumi iqtisadi aktivliyə də zərərləri mümkündür. Banklar kredit verərkən daha ehtiyatlı davranmağa çalışırlar, xüsusən sahibkarlar lazımi kreditləri tapa bilmirlər.
 

Bu, istehlakçılara da aiddir. O cümlədən, investorların banklara etimadının azalması nəticədə daha az yatırım etmələrinə gətirib çıxarır. Hesab edirəm ki, AMB başda olmaqla, maliyyə qurumları tədbirlər həyata keçirməlidirlər. Problemli kreditlərin artması ciddi siqnaldır”.


İqtisadçı qeyd edib ki, ilk növbədə Azərbaycan Mərkəzi Bankı çətin vəziyyətdə olanların müəyyən edilməsi qaydalarını təyin edərək onlar üçün xüsusi dəstək fondu yarada bilər:

“Daha uzunmüddətli yollardan biri banklara nəzarətin gücləndirilməsidir. AMB bankların risk idarə etməsini, kredit portfelini gələcəkdə nəzərdən keçirərək onların düzgün qərarlar verməsinə nail ola bilər. Əhali arasında isə maliyyə savadlılığı artırılmalıdır. Çünki bəzən insanlar istehlakçı kreditlərini doğru qiymətləndirmədən götürürlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

“Zirə” Türkiyə klubuna qalib gəldi

“Zirə” Türkiyə klubuna qalib gəldi

Belə paylaşımların 2000 manat cəriməsi var

Belə paylaşımların 2000 manat cəriməsi var

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

End of content

No more pages to load

RADİO