“AZAL”ın monopoliyası - Daşınma xərclərinin bahalığı elektron ticarəti inkişaf etməyə qoymur

Azərbaycanda vergi qanunvericiliyinin sərt olması elektron ticarətə də öz təsirini göstərməkdədir. Baxmayaraq ki, pandemiya dövrü bu sahəni nəzərəçapacaq dərəcədə inkişaf etdirdi, amma ölkəmizdə hələ də onlayn alış-veriş etməkdən, eləcə də biznesin bu sahəsi ilə məşğul olmaqdan çəkinənlərin sayı çoxluq təşkil etməkdədir.

Qeyd edək ki, ölkəmizdə elektron ticarətə 2017-ci ildən etibarən vergi tətbiq edilir. Bu həmin il yanvarın 1-də Vergi Məcəlləsində və “Elektron ticarət haqqında” Qanununa edilən dəyişikliklərə əsaslanır.

Ötən il ölkəmizdə elektron ticarətlə bağlı qaydalar daha da sərtləşdirildi ki, bu da geniş ictimai narazılığa səbəb oldu. 

Dəyişikliyə görə, əgər əvvəllər vətəndaş şəxsi məqsəd üçün e-ticarətlə 1000 dollar məbləğində mal gətirə bilərdisə, bu rəqəm 300 dollara endirildi. Narazılıqlara səbəb olan faktorlar isə əsaslı idi. Çünki elektron ticarət idxal məhsullarını əhalinin sosial cəhətdən daha aşağı olan təbəqəsi üçün də əlçatan edib.

Digər tərəfdən isə hesab olunur ki, Azərbaycan kimi ölkələrdə vergi rüsumları nə qədər aşağı olarsa, bu idxalı daha çox stimullaşdırar. Baxmayaraq ki, Dövlət Gömrük Komitəsindən bu məsələyə ehtiyatla yanaşılır. Məhsul axınına “iqtisadi təhlükəsizlik” məsələsi kimi yanaşılır.

Həm də ölkədə istehsalın inkişafından danışmağın hələ ki, yersiz göründüyü bir vaxtda.. 

Rüsum məsələsi ilk yeri tutsa da, ölkəmizdə elektron ticarətin inkişafının qarşısını alan digər faktorlar da var.

İqtisadçı Rəşad Həsənov Bizim Media-ya açıqlamasında həmin faktorlara toxunub.

O, bu istiqamətdə infrasturkturun zəif inkişaf etdiyini bildirib. Digər mühüm səbəblərdən biri isə əhalinin yanaşması ilə bağlıdır:

“Əhalinin orta və yaşlı qrupu texnologiyalardan çox az istifadə edir, məsələyə konservativ yanaşır. Böyük bir qrup isə bank hesablarına müdaxilə olunmasından çəkinir. Bununla belə pandemiya dövründə bu istiqamətdə müəyyən inkişaf baş verdi və 2020-ci ildən birdən-birə 2,4 dəfə artım baş verdi. Halbuki 10 ildə bu nəticə yox idi. Hazırda əhalidə 9 milyondan artıq kart var. Amma bunun yalnız az bir hissəsi - 1,5 milyonluq hissəsi nağdlaşdırma üçün istifadə olunur”.

Bəzi yerli şirkətlərin bu sahədə göstərdiyi “fəaliyyət” isə vətəndaşların məsələyə daha çəkingən yanaşmasına gətirib çıxarıb. Yəni təklif olunan məhsulun keyfiyyətsizliyi alıcıların inamını qırıb.

Rəşad Həsənovun qeyd edib ki, bu məslədə təhcizat zəncirində də problemlər var:

“Azərbaycana daşımalarda böyük rüsumlar, əlavə xərclər yaranır. Ölkədə formalaşmış konyuktur da buna təsir edir. Məsələn, AZAL-ın yükdaşımalarda monopoliya formalaşdırması amillərdən biridir. Regionun başqa ölkələrinə sifarişlərin çatdırılmasında transport xərcəri Azərbaycanla müqayisədə qat-qat aşağı olur. Bu da ölkə bazarının rəqabətliliyini aşağı salır”. İqtisadçı bu sahədə qanunvericiliyin təkmilləşdrilməsini də vacib hesab edir.

Xatirə Nəsirli, Bizim media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

End of content

No more pages to load

RADİO