Dünya nəqliyyatının yeni mərkəzi - Azərbaycanın logistik üstünlükləri

Süveyş kanalında baş verən məlum krizisin ardından Asiyanı Avropaya birləşdirən alternativ nəqliyyat yolların əhəmiyyəti bir daha sübut olundu. Nəticədə marşrutların ən əhəmiyyətli parçalarından biri olan Azərbaycanın da logistik önəmi yenidən gündəmə gəlmiş oldu.

Bəs, Azərbaycanı nəqliyyat dəhlizi kimi bu qədər vacib edən səbəblər hansılardır?

Ən əsas səbəb ölkəmizin coğrafi mövqeyidir. Azərbaycan Avropanı Asiya ilə birləşdirən “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin önəmli parçalarından biridir. Ölkələr arasında günü-gündən artan ticarət dövriyyəsi bu dəhlizlərin iqtisadi səmərəliliyini də artırmaqdadır. Həmçinin tarixi İpək yolunun bərpası və bu yolla yükdaşımaların artması ölkəmizin logistik əhəmiyyətini açıq şəkildə ortaya qoyur.

Digər önəmli səbəb isə ölkəmizdə yüksək səviyyəli nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bakı-Tiblisi-Qars dəmiryolunun istifadəyə hazır olması, dəniz nəqliyyatında mühüm əhəmiyyətə malik Ələt Ticarət Limanında yüklərin boşaldılması və saxlanılması baxımından yüksək şəraitin olması, həmçinin avtomobil nəqliyyatı yollarının təhlükəsizliyi xarici sahibkarlar üçün Azərbaycanı əlverişli nəqliyyat dəhlizi durumuna gətirib.

Növbəti vacib amil İkinci Qarabağ Müharibəsinin başa çatmasından sonra əlda olunan razılıq əsasında Zəngəzur dəhlizi vasitəsilə yeni nəqliyyat infrastrukutunun yaradılacağıdır.

Azərbaycanı Naxcıvan və Türkiyə ilə ən qısa yoldan birləşdirəcək körpü rolunu oynayacaq olan Meğri (Zəngəzur) koridoru  bölgəni logistik əhəmiyyətini daha da artıracaq. Qeyd edək ki, bu dəhlizdən keçən marşrut Bakı-Tiblisi-Qars yolundan 344 km daha qısadır. Zəngəzur dəhlizindən istifadə etməklə Çindən Türkiyəyə cəmi 12 gündə yüklərin çatdırılması mümkün olacaq ( Digər yollarla bu müddət 1 aya qədər idi). Zəngəzur dəhlizi Bakı-Tiblisi-Qars dəmiryolunun da əhəmiyyətini artırmış olacaq. Çünki logistikada alternativi olan marşrutlar hər zaman daha cəlbedici hesab olunur.

Azərbaycanın nəqliyyat əhəmiyyətini artıran digər bir səbəb isə Rusiya ilə Qərb ölkələri arasında əlaqələrin mənfi istiqamətdə davam etməsidir.

Avropa ölkələrinin Rusiyaya artan sanksiyaları onları digər nəqliyyat dəhlizlərindən istifadəyə yönəldəcək. Qeyd edək ki, Avropa-Asiya nəqliyyat xəttinin ən önəmli marşrutları olan Transsibir, Transsibir-Qazaxıstan və Orta Asiya-Qara dəniz marşurutları məhz Rusiya ərazisindən keçir. Rusiya ilə əlaqələri pisləşən Avropa ölkələri üçün həm təhlükəsizlik baxımından, həm də Rusiya iqtisadiyyatına zərbə vurmaq üçün Azərbaycan marşurutundan istifadə etmək ilk seçimlərdən biri halına gələcək.

Bölgənin logistik önəmini artıran digər önəmli faktor isə Çin-Avropa Birliyi iqtisadi əməkdaşlığının günü-gündən inkişaf etməsidir. Çünki Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır və dünya bazarına ildə təxminən 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarır. Bu səbəbdən də yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edir. Xatırladaq ki, Çinin Avropa ilə ticarət dövriyyəsinin dəyəri 1 trilyon dollara yaxındır.

Buna görə də Avropa ilə mal mübadiləsində yeni yollardan biri olan “Şərq-Qərb nəqliyyat dəhlizi”nə böyük əhəmiyyət verilir.

Xatırladaq ki, mart ayında  “Ever Green” adlı gəminin idarəetməni itirməsi nəticəsində Süveyş kanalı 6 gün müddətinə bağlandı. Bu səbəbdən, kanalda yüzlərlə gəmidən ibarət tıxac yarandı. Nəticədə dünya iqtisadiyyatına 60 milyard dollara yaxın ziyan dəydi. 

Murad Əhmədov, Bizim.Media.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

End of content

No more pages to load

RADİO