Taksilər azalacaq, qiymət kəskin BAHALAŞACAQ – BU TARİXDƏN 

Xəbər verdiyimiz kimi iyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar isə kifayət qədər ciddidir. Ona görə də bu vaxtadək fəaliyyət göstərən 45-50 min taksi sürücüsünün heç də hamısı yeni tələbləri qarşılaya bilməyəcək.

Belə vəziyyətdə, iyulun 1-dən sonra nə baş verəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni qaydaların tətbiqinə bir neçə gün qalsa da biz görürük ki, cəmi 7 min sürücü icazə vərəqi alıb:

“Bu da onu göstərir ki, icazə vərəqi alan sürücülərin sayı tələbatdan dəfələrlə aşağıdır. Burada məsələyə iki cür- statistik və praktik yanaşma var. Bizim mental xüsusiyyətimiz belədir ki, bütün məsələləri müddət bitməsinə bir neçə gün qalmış və hətta sonuncu gün həll edirik. Fikrimin təsdiqi üçün avtomobillərin texniki baxış və sığorta məsələsini xatırlatmaq istəyirəm. Çoxluq əsasən sonuncu gün hərəkətə keçir. Ona görə də iyunun son günlərində icazə vərəqi almaq istəyənlər daha çox olacaq.

İkinci yanaşma ondan ibarətdir ki, yeni tələblərə cavab verəcək avtomobillərin ortaya çıxarılmasıdır. Məlumdur ki, hazırda ölkənin avtomobil parkındakı maşınların ən azı 70 faizi 10 il və daha çox istismar olunan avtomobillərdir. 

Ona görə də hesab etmirəm ki, bu gün Bakıda və ölkədə yeni tələblərə cavab verən onminlərlə avtomobil olsun. İndiki reallıqdan çıxış edib deyə bilərik ki, gələn həftə güclü taksi qıtlığı və kəskin qiymət artımı ilə rastlaşa bilərik. Çünki tələb təklifi üstələyəndə qiymət artımı qaçılmaz olur. Ona görə də biz iyulun 1-dən sonra fərqli mənzərənin şahidi ola bilərik”.

Fuad İbrahimov onu da əlavə edib ki, qiymət artımı yeni avtomobil sahiblərinin bu sahəyə marağını artıracaq:

“Bundan əlavə qiymət artımı ictimai marağı çoxaldacaq. Bununla belə heç kəs deyə bilməz ki, “Prius”lar iyulun birindən yoxa çıxacaq. Ola bilsin ki, həmin avtomobillər qanunsuz yolla fəaliyyətlərini davam etdirməyə çalışacaq. Bundan başqa bir çox ölkələrdə qanunsuz onlayn taksi xidmətləri var. Ehtimal ki, bu varianta da əl atılacaq. Yəni qısa zamanda bu qədər taksini bu və digər səbəbə görə dövriyyədən çıxarmaq asan olmayacaq”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

End of content

No more pages to load

RADİO