“Qara qızıl”-ın “qara bazarı”nı kim formalaşdırır? – ABŞ-ın müharibələrdə marağı bəlli oldu

Ötən il bir bareli mənfi 40 dollara qədər enən neft qiymətləri indi 70 dollar istiqamətində sürət götürüb. Pandemiya bitməyib, dünyada hələ də sərt karantinlərin hökm sürdüyü ölkələr var, ölkələr arasında gediş-gəliş tam bərpa olunmayıb. Yəni, hələ neft və neft məhsullarına təlabat o qədər də güclü deyil. 

Belə olan təqdirdə bazardakı neft qiymətlərini tənzimləyən əsas amilin heç də bazar iqtisadiyyatının əsas şərti olan tələb və təklif əsasında formalaşmamasına ciddi şübhə yaranır. 

Birjalardakı spekulyasiyalar, aparılan müharibələr, siyasi bəyanatlarla yanaşı neft bazarına təsir edən vacib amillərdən biri də qanunsuz neft dövriyyəsinin olmasıdır. Bu dövryyənin başında isə heç də kiçik qaçaqmalçı dəstələrin deyil, böyük dövlətlərin dayandığı sirr deyil.

Neft və digər neft məhsullarının qaçaqmalçılığının süətlənməsi 2014-cü ildə, İŞİD-in Suriya və İraqdakı böyük neft sahələrini ələ keçirməsi ilə başlanıb. Hətta vaxtilə İraqdakı Kürdüstan Regional Hökumətinin rəhbərliyi mərkəzi hökumətin mövqeyinin əksinə olaraq müstəqil olaraq neft ixrac etmək üçün konstitusion hüquqa sahib olduğunu iddia edirdi. İndi bu ölkələrdəki neft hasili mənbələri dolayısı ilə ABŞ əlində keçib ki, hegemon ölkə bu mənbələri əlindən verməmək üçün hər bir vasitəyə əl ata, hərbi münaqişələrə də girə bilər. 

Qanunsuz neft ticarətində ABŞ-la yanaşı  İran, Çin, Nigeriya, Meksika, İraq, Rusiya və İndoneziyanın da adı çəkilir.

ABŞ-ın dünya ölkələrinə İrandan neft idxalına qadağa qoyması isə İranla Çin arsında qanunsuz dövriyyənin inkişafına şərait yaradıb. Qanunsuz neft bazarını stimullaşdıran əsas amil isə ucuz qiymətə neft və neft məhsullarının satışının təşkil olunmasıdır.

“Su qiymətinə” neft alan Avropa Birliyi ölkələri isə qanunsuz neft ticarətinə etiraz etməkdənsə, ondan faydalanmağa üstünlük verir. Real bazarda neftin bahalaşması İngiltərə və İrlandiyaya neft qaçaqmalçılığı üçün dəniz yollarının yaradılmasına səbəb olub. İrlandiyanın dövlət olaraq qara bazarın mövcudluğundan ildə 200 milyon dollar itirdiyi, Yunanıstandakı yanacaqdoldurma məntəqələrində satılan yanacağın isə 20 faizinin qanunsuz ticarət olunan neftin payına düşdüyü qeyd olunur.

Digər ölkələrin, eləcədə neft istehsal edən dövlətlərin də rəsmi büdcələri qanunsuz neft ticarətindən milyardlarla dollar vəsait itirir. 

“Qara bazarı” formalaşdıran ilkin amillərdən biri olaraq qlobal neft və qaz ticarətindəki hüquqi çətinlikləri qeyd etmək olar. Qanunsuz karbohidrogen ehtiyatlarının ticarəti əsasən su yolu həyata keçirilir. Qeyd edək ki, BMT konfranslarından birində də dəniz yollarının 64 faizinin nəzarətdən kənar qaldığı etiraf olunub. Bəzən bir tankerdən digərinə qanunsuz yanacaq köçürmələri baş verir. 

“Qara bazar”-ın mövcudluğu real neft qiymətlərinin formalaşmasına əngəl olmaqla kiçik neft istehsalçısı olan ölkələrə də ciddi ziyan vurur.

O cümlədən də bunun qarşısının alınmaması böyük dövlətlərin, xüsusilə də  demokratiya və insan haqlarının müdafiəsi adı altında Yaxın Şərq ölkələrini ələ keçirən ABŞ-ın regionda siyasi vəziyyətin gərgin olmasında, münaqişələrin davam etməsində maraqlı olduğunun göstəricisidir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

End of content

No more pages to load

RADİO