Fiziki şəxslərin əmanətləri kəskin AZALDI – “Bank sektoru üçün arzuolunan deyil” - DEPUTAT

“Fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da, bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Əmanətlərin qorunmasında YENİLİK – “Pulunuz 100 min manatdan çoxdursa...”


“4 milyard 101 milyon manat xarici valyutalarda, 4 milyard 46 milyon manatı isə manatla saxlanır. Xarici valyutada saxlanan əmanətlərin payı cüzi çox olsa da etiraf etmək lazımdır ki, son illər depozitlərin valyuta strukturu xeyili dərəcədə yaxşılaşıb."

"Bu isə milli valyutanın 2017-ci ilin ferval ayından etibarən stabil qalması və manatla əmanətlərə xarici valyutaya nisbətən daha çox dividentin ödənilməsi ilə bağlıdır”.

Deputat hesab edir ki, fiziki şəxslərin əmanətlərinin azalması tələbli depozit məbləğlərinin aşağı düşməsi ilə bağlı olsa da, bütün hallarda bank sektoru üçün arzuolunan deyil:

“Digər tərəfdən, depozitlər üzrə dividend faizlərini son illər aşağı endirən əksər banklarda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bu da depozit ödənişləri ilə kredit faizləri arasında kəskin fərqin hələ də qaldığından xəbər verir."

"Bu baxımdan, bank sektorunda rəqabəti gücləndirməklə depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə ehtiyac var. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

Daşınmaz əmlak bazarında son vəziyyət – Qiymətlər AÇIQLANDI

Daşınmaz əmlak bazarında son vəziyyət – Qiymətlər AÇIQLANDI

“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?

“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

Teymur Kərimov vəfat etdi – FOTO

Teymur Kərimov vəfat etdi – FOTO

Emil Mustafayev daha iki il “Sumqayıt”da

Emil Mustafayev daha iki il “Sumqayıt”da

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI

Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI

Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır

Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır

Ağadadaş Ağayevin müğənni bacısı oğlu:"Dayım mənə dəstək olmur" — VİDEO

Ağadadaş Ağayevin müğənni bacısı oğlu:"Dayım mənə dəstək olmur" — VİDEO

Temperatur daha da YÜKSƏLƏCƏK – Sabahın HAVASI

Temperatur daha da YÜKSƏLƏCƏK – Sabahın HAVASI

Millimizin üzvü İsrail klubuna keçdi

Millimizin üzvü İsrail klubuna keçdi

Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

“Dayı”ya hökm oxundu- 3 aya azadlığa çıxır

“Dayı”ya hökm oxundu- 3 aya azadlığa çıxır

UEFA Çempionlar Liqası: "Sabah" - TNS oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqası: "Sabah" - TNS oyununa nə qədər bilet satılıb?

Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi – VİDEO

Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi – VİDEO

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac olunan qazın HƏCMİ

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac olunan qazın HƏCMİ

Azərbaycanda ən gəlirli peşələr AÇIQLANDI – SİYAHI

Azərbaycanda ən gəlirli peşələr AÇIQLANDI – SİYAHI

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar

Kevin Medina bu kluba KEÇDİ

Kevin Medina bu kluba KEÇDİ

End of content

No more pages to load

RADİO