Bu məhsulların qiyməti artıb - SİYAHI

Bu  ilin aprel ayında istehlak qiymətləri indeksi ötən ilin aprel ayına nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, apreldə qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,3 faiz təşkil edib.

Apreldə əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun, bahalaşma isə əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi marta nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. 

Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin, kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin aprel ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil edib. 

Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, tibbi, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

Daşınmaz əmlak bazarında son vəziyyət – Qiymətlər AÇIQLANDI

Daşınmaz əmlak bazarında son vəziyyət – Qiymətlər AÇIQLANDI

“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?

“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

Teymur Kərimov vəfat etdi – FOTO

Teymur Kərimov vəfat etdi – FOTO

Emil Mustafayev daha iki il “Sumqayıt”da

Emil Mustafayev daha iki il “Sumqayıt”da

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI

Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI

Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır

Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır

Ağadadaş Ağayevin müğənni bacısı oğlu:"Dayım mənə dəstək olmur" — VİDEO

Ağadadaş Ağayevin müğənni bacısı oğlu:"Dayım mənə dəstək olmur" — VİDEO

Temperatur daha da YÜKSƏLƏCƏK – Sabahın HAVASI

Temperatur daha da YÜKSƏLƏCƏK – Sabahın HAVASI

Millimizin üzvü İsrail klubuna keçdi

Millimizin üzvü İsrail klubuna keçdi

Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

“Dayı”ya hökm oxundu- 3 aya azadlığa çıxır

“Dayı”ya hökm oxundu- 3 aya azadlığa çıxır

UEFA Çempionlar Liqası: "Sabah" - TNS oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqası: "Sabah" - TNS oyununa nə qədər bilet satılıb?

Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev dünya şöhrətli professorla GÖRÜŞDÜ – FOTO

Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi – VİDEO

Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi – VİDEO

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac olunan qazın HƏCMİ

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac olunan qazın HƏCMİ

Azərbaycanda ən gəlirli peşələr AÇIQLANDI – SİYAHI

Azərbaycanda ən gəlirli peşələr AÇIQLANDI – SİYAHI

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar

Kevin Medina bu kluba KEÇDİ

Kevin Medina bu kluba KEÇDİ

End of content

No more pages to load

RADİO